Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sədrinin müavini ilə Venesuelanın Azərbaycandakı səfiri arasında görüş keçirilib

YAP Sədrinin müavini ilə Venesuelanın Azərbaycandakı səfiri arasında görüş keçirilib

09.10.2025 [17:20]

Oktyabrın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran arasında görüş keçirilib.

Görüşdə dövlət başçılarının iki ölkə arasında əlaqələrin inkişafına mühüm önəm verdikləri, müxtəlif istiqamətlərdə, o cümlədən energetika, təhsil, gənclər və idman, turizm, mədəniyyət və digər sahələrdə səmərəli əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu qeyd edilib.

Azərbaycan ilə Venesuelanın qlobal müstəvidə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar səviyyəsində işbirliyini diqqət mərkəzində saxlayaraq bir-birinin mənafelərini müdafiə etdikləri, eləcə də ərazi bütövlüyü və suverenliyini dəstəklədikləri vurğulanıb. Ədalətli geosiyasi nizamın tərəfdarı olan hər iki ölkənin beynəlxalq hüquq normalarına əsaslanmaqla dünya miqyasında neokolonializmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə apardıqları bildirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Venesuela Vahid Sosialist Partiyası arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.  Ölkələrimizin səmimi dostluq münasibətlərinin hakim partiyalar arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün əlverişli zəmin formalaşdırdığı qeyd olunub, gənclər arasında təmasların sıxlaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30