/ / Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır
Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır
09.10.2025 [20:07]
Qədim Qəbələ bu dəfə tarix səhnəsinə yenidən çıxdı. lakin bu dəfə arxeoloji abidələri və səfalı təbiəti ilə deyil, Türk dünyasının gələcəyini müəyyənləşdirən siyasi mərkəz kimi. Burada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü həm regional, həm də qlobal miqyasda mühüm tarixi hadisə kimi yadda qaldı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu, strateji baxışlarla dolu çıxışı bu zirvənin ruhunu, məzmununu və istiqamətini müəyyənləşdirdi. Cənab Prezidentin çıxışı sadəcə bir nitq deyildi. Bu, Türk birliyinin gələcək konsepsiyasını, yeni geosiyasi xəritəsini təqdim edən manifest idi. Dövlətimizin başçısı çıxışında vurğuladı ki, “Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.” Bu fikrin arxasında həm milli qürur, həm də strateji məsuliyyət dayanır. Azərbaycan lideri qeyd etdi ki, təşkilatın beynəlxalq nüfuzu artmaqla yanaşı, onun siyasi çəkisi və təsir imkanları da güclənir. Cənab Prezident İlham Əliyev Qəbələdən dünyaya mesaj verdi: Türk birliyi XXI əsrin formalaşan beynəlxalq düzənində öz yerini tutub. “Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir,” – deyən Prezident bu birliyi sarsılmaz mənəvi sütun üzərində qurulmuş siyasi mərkəz kimi dəyərləndirdi. Azərbaycanın Təşkilata göstərdiyi real dəstək də bu birliyin təcəssümüdür. Dövlətimizin Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürməsi bu istiqamətdə konkret addım, məsuliyyətin ifadəsidir. Qəbələ Zirvəsində cənab Prezident İlham Əliyev bir daha vurğuladı ki, sülh və təhlükəsizlik olmadan heç bir ölkə sabit inkişafdan danışa bilməz. “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil,” – deyən dövlət başçısı Naxçıvan Sazişinin təməl prinsiplərinə diqqət çəkərək bildirdi ki, bu sənəddə sülhün qorunması və təhlükəsizlik Təşkilatın əsas məqsədləri sırasında yer alır. Cənab Prezident çıxışında Şuşada qəbul edilmiş Qarabağ Bəyannaməsini və bu günün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun strateji mövqeləri xatırladaraq, Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini də vurğuladı. Müasir dövrdə beynəlxalq hüququn prinsiplərinin pozulduğu, yeni təhlükə ocaqlarının yarandığı bir vaxtda cənab Prezident İlham Əliyevin “ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir” fikri təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün strateji çağırışdır. Cənab Prezidentin “2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi” təklifi bu istiqamətdə konkret, praktik təşəbbüsdür.
Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı tarixi Qələbəni, 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərinin nəticələrini və bununla da ölkəmizin tam ərazi bütövlüyünün bərpasını xüsusi vurğuladı: “Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.” Cənab Prezident bildirdi ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni bir dövrün başlanğıcı olacaq. “Atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi,” – deyən İlham Əliyev, beynəlxalq ictimaiyyətə mesaj verdi ki, Azərbaycan sülhün real təminatçısıdır. Eyni zamanda, dövlət başçısı şəhidlərin ruhuna ehtiramını da ifadə edərək vurğuladı: “Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq, işğalçını torpaqlarımızdan qovduq və ədalətli sülhə nail olduq.” Cənab Prezident İlham Əliyev çıxışında Türk dünyasının gələcəyini təmin edən ən mühüm istiqamətlərin – nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirdi. “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır.” Bu reallığı sübut edən faktlar da diqqətəlayiqdir: Orta Dəhlizlə yükdaşımalar 2022-ci ildən bu yana 90 faiz artıb, tranzit müddətləri isə əhəmiyyətli dərəcədə azalıb. Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və 9 beynəlxalq hava limanı Azərbaycanı regionun əsas logistik mərkəzinə çevirib. Dövlət başçısı həmçinin Zəngəzur dəhlizinin açılmasını “Orta Dəhliz və Şimal-Cənub istiqamətində yeni nəqliyyat arteriyası” kimi qiymətləndirərək onun qlobal miqyaslı əhəmiyyətini vurğuladı. Enerji təhlükəsizliyi də Azərbaycan liderinin çıxışında önəmli yer tutdu. Cənab Prezident İlham Əliyev qeyd etdi: “Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik.” Bununla yanaşı, dövlət başçısı bərpaolunan enerji sahəsində həyata keçirilən layihələri xatırladaraq bildirdi ki, 2030-cu ilə qədər enerji istehsalının 40 faizi məhz günəş, külək və su elektrik enerjisi hesabına təmin ediləcək.
Qəbələ Zirvəsi sübut etdi ki, Türk Dövlətləri Təşkilatı artıq tarixi yaddaşın deyil, müasir dünyanın real siyasi qüvvəsinin ifadəsidir. Cənab Prezident İlham Əliyevin strateji baxışları bu təşkilatı gələcəyə aparan yol xəritəsinə çevirdi. Bu Zirvədən yüksələn mesaj isə açıqdır: Türk birliyi sarsılmazdır, onun dayağı həm qardaşlıq, həm iqtisadi güc, həm də ədalətlidir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32

