Türk birliyi XXI əsrin geosiyasi reallığıdır
09.10.2025 [17:43]
Oktyabrın 6–7-də Qəbələdə şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü keçirildi. Bu Zirvə sadəcə diplomatik protokol deyil, həm də siyasi məna daşıyan bir mesaj idi: türk dövlətləri artıq mədəni və dil birliyindən çıxaraq, real iqtisadi, siyasi və təhlükəsizlik sisteminə çevrilmək yolundadır. Bir zamanlar “türk birliyi” ifadəsi yalnız romantik ideya kimi səslənirdi. Lakin bu gün bu birlik artıq iqtisadi reallıqlarla ölçülür. Orta Dəhliz layihəsi, Zəngəzur koridoru, enerji və nəqliyyat xətlərinin inteqrasiyası, birgə ticarət platformalarının yaradılması TDT-ni simvolik təşkilatdan strateji güc mərkəzinə çevirib. Zirvə görüşündə səslənən fikirlərdən aydın görünür ki, Prezident İlham Əliyev TDT-ni yalnız mədəni birlik və ya ortaq tarixi platforma kimi deyil, regional güc sinxronizasiyasının mərkəzi kimi görür. O, təşkilatı sülh və təhlükəsizlik baxımından kollektiv məsuliyyət modelinə çevirmək istəyir.
Prezident İlham Əliyevin Zirvədəki çıxışı türk birliyinin gələcək yol xəritəsini müəyyənləşdirdi. O, açıq şəkildə bildirdi ki, Türk Dövlətləri Təşkilatı regionda sülhün, əməkdaşlığın və sabitliyin əsas dayaqlarından birinə çevrilib. Azərbaycanın Qarabağ zəfərindən sonra türk coğrafiyasındakı nüfuzu təkcə hərbi yox, həm də siyasi reallığa çevrilib.
Prezident İlham Əliyevin çıxışında diqqətçəkən başqa bir strateji xətt enerji siyasətidir. Cənab İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycanın enerji resursları sadəcə iqtisadi gəlir mənbəyi deyil, regional sabitliyin siyasi təminatıdır. Əslində, bu yanaşma postsovet məkanında bənzəri az olan bir yanaşmadır: Enerji rıçaqları artıq geosiyasi təsir vasitəsinə çevrilib, amma bu dəfə təzyiq yox, inteqrasiya aləti kimi. Ənənəvi baxışda enerji rəqabət və qarşıdurma amili sayılır. Lakin Azərbaycan modelində bu, əksinə, qarşılıqlı asılılıq yaradan vasitəyə çevrilib. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi və indi Orta Dəhliz – bunların hamısı təhlükəsizlik arxitekturasının iqtisadi sütunlarıdır. Prezident İlham Əliyevin ifadəsi ilə desək, “enerji həm körpü, həm də sabitlik faktorudur.” Elə bu məntiq TDT çərçivəsində strateji dərinlik qazanır. Türk dünyası artıq enerji xətlərinin coğrafiyası deyil, sabitlik marşrutunun xəritəsidir. Qazaxıstan neftinin Bakı vasitəsilə Avropaya daşınması, türkmən qazının TANAP-a qoşulma perspektivi – bunlar alternativ enerji geosiyasətinin başlanğıcıdır.
Qəbələdə səslənən çıxışın tonunda sadəcə siyasi diplomatiya yox, tarixi özünüdərkin manifesti vardı. Cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatını gələcəyin regional və qlobal sabitliyin yeni modeli kimi təqdim etdi. Əgər XX əsrin geosiyasəti güc bloklarının rəqabəti üzərində qurulmuşdusa, XXI əsrin ikinci rübündə artıq koordinasiya olunmuş milli iradələr yeni güc konsepsiyasını formalaşdırır.
Bu gün Bakı artıq “birləşdirən mərkəz” funksiyasını daşıyır: enerji resurslarından kommunikasiya dəhlizlərinə, mədəni platformalardan humanitar layihələrə qədər hər sahədə Azərbaycan türk dünyasının əlaqə nöqtəsidir.
Nəticə etibarilə, Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni yaxınlığın simvolu deyil, konkret maraqlara əsaslanan və real təsir gücü formalaşdıran siyasi platformadır. Bu platforma Türk dünyasını vahid strategiya ətrafında birləşdirir, iqtisadi, hərbi və ideoloji koordinasiyanı möhkəmləndirir. TDT-nin inkişafı ilə Avrasiyada yeni güc balansı formalaşır və bu, təkcə Türk xalqları üçün deyil, bütün region üçün yeni siyasi reallığın başlanğıcı deməkdir. Qəbələdə keçirilən Zirvə göstərdi ki, TDT artıq bir mədəni forumdan daha böyük bir amilə çevrilib. Burada qərarlar, sənədlər və bəyanatlar təkcə yazılı mətn deyil — türk dünyasının gələcəyinin planıdır. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti kimi üzvlərin və müşahidəçilərin bir masa arxasında əyləşməsi, əslində, Avrasiya coğrafiyasında yeni bir siyasi xəritənin çəkildiyini göstərir.
Qəbələ Zirvəsi bir daha sübut etdi ki, türk birliyi artıq xəyal deyil – bu, XXI əsrin geosiyasi reallığıdır. Bu birlik enerji və nəqliyyat xətlərinin, iqtisadi əməkdaşlığın, ortaq mədəniyyətin və qarşılıqlı hörmətin üzərində qurulub.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55

