YAP Səbail rayon təşkilatı Müəllimlər Günü münasibətilə tədbir keçirib
03.10.2025 [15:42]
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı 5 oktyabr Beynalxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Tədbiri giriş nitqi ilə başlayan YAP Səbail rayon təşkilatının sədri cənab Muxtar Nağıyev bildirib ki, bu tədbir çox əlamətdar günə həsr olunub. Təbii ki, bu tarix çox əlamətdar idi. Azərbaycanda müəllim peşəsinə daima diqqət göstərilib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim sənətinə çox böyük qayğı və diqqət göstərildi. Onun rəhbərlik etdiyi dövrdə ölkəmizdə demək olar ki, bütün Respublikada məktəblər tikildi, universitetlər açıldı, təhsilə verilən dəyər ən yüksək səviyyəyə qalxdı. Onun rəhbərliyi dövründə Azərbaycanda təhsil çox yüksək səviyyəyə qalxdı.
Həyatda qazandığımız nailiyyətlərə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin zərrəciyi var. "Mən dünyada müəllimdən şərəfli peşə tanımıram". Müəllimlər haqqında deyilən fikirlər həqiqətən də, çox əhəmiyyət kəsb edir. Müəllimlik böyük fədakarlıq tələb edir. Müəllim peşəsini seçən şəxs fədakardır. Bu peşə o incədir ki, əsl müəllim olmaq istəyən şəxs fədakar, dözümlü, uzaqgörən, qayğıkeş və müdrik olmalıdır. Bu cür müəllimlərimiz Azərbaycanda çoxdur.
Siyasi varis, tarixi sərkərdə Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdə hal-hazırda dünyanın hərbi ekspertləri Azərbaycanın 44 günlük Vətən müharibəsindən danışır. Azərbaycan əsgəri, ordusundan bir nəfər də olsun fərari olmadı. Bu, Azərbaycan müəllimlərinin yetişdirdiyi gənclikdir".
Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə xanım Həşimova öz çıxışında bildirdiki bu gün burada toplaşmağımızın səbəbi, müəllimlərin əvəzsiz rolunu vurğulamaqdır. Beynəlxalq Müəllimlər Günü münasibətilə sizinlə bir araya gəlməkdən məmnunam. Müəllimlər, yalnız bilik verən deyil, eyni zamanda gənclərin həyatında bir yol göstəricisidir. Sizlərin fədakarlığı sayəsində gənclərimiz daha bilinçli, daha hazırlıqlı olur. Təhsilin keyfiyyəti, sosial-iqtisadi inkişafın təməlini təşkil edir. Bu gün cəmiyyətimizdə müasir biliklərə və yeni yanaşmalara ehtiyac var. Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması sahəsindəki fəaliyyətimiz, təhsilin inkişafı ilə sıx bağlıdır. Bizim məqsədimiz, təhsil sahəsindəki layihələri dəstəkləmək, müəllimlərin peşəkar inkişafına şərait yaratmaqdır. İnanıram ki, bu sahədəki işlərimiz, gələcək nəsillərin yetişməsində öz müsbət təsirini göstərəcək.
Bu bayram münasibətilə hər bir müəllimi bir daha ürəkdən təbrik edir, onlara sağlamlıq, uğurlar və yeni nailiyyətlər arzulayıram. Sizlərin fədakarlığına görə təşəkkür edirəm.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 91-lərin nümayəndəsi Novruz Quliyev çıxış edib. Ulu Öndərimiz həmişə müəllimləri yüksək qiymətləndirib. Onun çox məşhur kəlamları var. Müəllimlik şərəfli peşədir, müəllimlər cəmiyyətimizin ən müqəddəs üzvüdür. Müəllim gənclərlə işləyib onları həyata hazırlayır. Müəllim peşəsi də çox məsuliyyətli işdir. Son 30 ildə ən böyük qələbə torpaqlarımızın azad olunması idi. Cənab Prezident də qeyd etmişdi ki, burada gənclərin böyük rolu olmuşdur. Ona görə də müəllimlər torpaqlarımızın azadlığı uğrunda çıxış edən gəncləri hazırlamaqda böyük rolunuz var. Birinci sinifdən onuncu sinfə qəbul, universitetdəki bütün müəllimlərimi xatırlayıram.
Azərbyacan Dövlət Pedaqoji Universitetinin prorektoru professor cənab Asəf Zamanov qeyd etdiki Müəllimlik peşəsi, həm məsuliyyətli, həm də şərəfli bir yoldur. Müəllimlər, təkcə mühazirələrdə deyil, həyatın müxtəlif sahələrində də gənclərə yön verirlər. Onlar bizə yalnız elmi biliklər təqdim etmir, eyni zamanda bizə dəyərləri, əxlaqı, müstəqil düşünməyi öyrədir. Son dövrlərdə təhsil sistemimizdə bir sıra islahatlar həyata keçirilir. Bu islahatların məqsədi, gənclərimizin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnmələrini təmin etməkdir. Bizim müəllimlər, bu islahatların mərkəzində duraraq, gənclərimizin müasir dünyaya hazır olmaları üçün çalışırlar.
6-saylı Məktəbin müdiri Gülşən xanım Orucova bir daha dünyaya gəlsə, yenə müəllim olmaq istədiyini deyib. Müəllim təkcə öz fənninin ustası deyil, o, şəxsiyyət yetişdirir. Bu gün burada toplaşmağımızın səbəbi, bizim cəmiyyətimizin ayrılmaz bir hissəsi olan müəllimləri, onların fədakar fəaliyyətini və əvəzsiz rolunu qeyd etməkdir. Müəllimlər, yalnız bilik ötürməklə kifayətlənməyib, eyni zamanda gənc nəslin şəxsiyyətinin formalaşmasında, onların gələcəyinin qurulmasında mühüm bir rol oynayırlar.
Davudov Davud Rasim oğlu, Cavadova Dilşad Xudaqulu qızı, İsmayılova Ülvuyyə Ələsgər qızı, Bəylərova İlhamə Əsəd qızı, Həsənova Amalya Murad qızı Fəxri
Fərman verildi.
Yeni Azərbaycan Partiyasının himninin səsləndirildikdən sonra sonda xatirə şəkli çəkildi.
Xəbər lenti
Hamısına baxGündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08

