Gələcəyə çağırış
29.09.2025 [16:04]
44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan növbəti qəhrəmanlarını dünyaya təqdim etdi. Onlar qanları, canları ilə Zəfər tariximizi yazdılar. Bu tarixi 30 il gözlədik. Dövlətimizin qətiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, torpağa, Vətənə bağlılığımız, sevgimiz sayəsində qazandığımız bu Zəfər dünənimizi, bugünümüzü və gələcəyimizi özündə ehtiva edir. Bu baxımdan ki, Azərbaycan düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində hər bir sahədə davamlı uğurlara imza atdı. Münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Azərbaycan gəncləri milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunur. Ümummilli Lider Heydər Əliyev bldirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Onun siyasi kursunun layiqli davamçısı, cənab İlham Əliyev bu fikirlərin davamı olaraq bildirir ki, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır.
44 günlük İkinci Qarabağ müharibəsi torpaq, Vətən sevgimizin dünyaya təqdimatı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmrini gözləyən Vətən oğulları bu tapşırığı 27 sentyabr 2020-ci ildə alaraq torpaqlarımızı işğaldan azad etmək, Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarının qarşısını almaq üçün əks-hücum əməliyyatına başladı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. 27 sentyabr tarixinin Anım Günü kimi qeyd olunması bugünkü və gələcək nəsillərə Zəfər tariximizin qəhərəmanlarını tanımağa bir çağırışdır.
Azərbaycan xalqına daim Qələbə yaraşır. Möhtəşəm Zəfərimiz milli kimliyimizi, qürurumuzu bərpa etdi, xalqımızın yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Həmçinin sübut olundu ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycanın zəngin çoxəsrlik tarixini vərəqlədikcə Zəfər səhifəsini yazan, belə qürurlu günü bizlərə bəxş edən Vətən oğullarımızla fəxr edir və daim fəxr edəcəyik. Qalib Azərbaycanın vətəndaşı olmaq böyük xoşbəxtlikdir.
Bu gün işğaldan azad edilmiş ərazilərimizin cənnət məkana çevrilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Beş ildə görülən işlərin miqyası Azərbaycanın iqtisadi və maliyyə imkanlarının, xalqımızın qurucu xalq olduğunun təqdimatıdır. 44 gündə 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa edən dövlətimiz, məğrur xalqımız tezliklə bərpa-quruculuq işlərini tam şəkildə başa çatdıracaq, soydaşlarımız bu torpaqlara qayıdışı ilə onlara əvəlki nəfəsi verəcək. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan yeni Prioritetlərin reallığa çevrilməsi əsasında böyük investisiyalar və turizm məkanı kimi dünyanın diqqətində olacaq.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
27 Noyabr 21:04
Dünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30

