Ölkədə gedən abadlıq-quruculuq prosesinin tərkib hissəsi kimi Ağcabədidə də böyük işlər görülür
28.09.2013 [10:57]
Ağcabədi rayonu üzrə seçki qərargahının üzvləri sentyabrın 27-də təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlərini keçiriblər
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Ağcabədi rayonu üzrə seçki qərargahının üzvləri sentyabrın 27-də təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlərini keçiriblər.
Rayonun Böyük Kəhrizli, Bala Kəhrizli, Şərəfxanlı, Şotlanlı və Şahmalılar kəndlərinin sakinləri ilə keçirilən görüşləri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq prezident seçkilərinin ölkənin həyatında mühüm hadisə olduğunu bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın hər bir guşəsi abadlaşır, gözəlləşir: “Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən abadlıq-quruculuq prosesinin tərkib hissəsi kimi Ağcabədidə də böyük işlər görülür. Rayonumuzda yollar salınır, geniş quruculuq işləri həyata keçirilir. Bununla yanaşı, Ağcabədidə yeni iş yerləri açılır, məktəblər, səhiyyə ocaqları tikilir və s. Təbii ki, bütün bunlar insanların maddi rifahının yüksəlməsinə, rahatlığını təmin etməyə hesablanıb”.
Rövşən Əhmədov əlavə edib ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edir. Bu inkişafın davamı xalqımızın seçimindən asılıdır: “Biz ağcabəlilər artıq o seçimi etmişik. O seçim Prezident İlham Əliyevdir”.
Seçicilər qarşısında çıxış edən millət vəkili Tahir Rzayev deyib ki, Azərbaycanda həyata keçirilən siyasət ölkəmizin daha da güclənməsini təmin edib: “Rayonlarda aparılan quruculuq işləri, ölkədə həyata keçirilən islahatlar insanların həyatına müsbət mənada böyük təsir göstərib. Yollar çəkilir, körpülər salınır, səhiyyə ocaqları, məktəblər inşa edilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, oktyabrın 9-da xalqımız növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcək”.
Görüşlərdə çıxış edən kənd sakinləri Fuad Şirəliyev, Esmira Bəbişova, Səidə Tağıyeva, Allahyar Qasımov və başqaları deyiblər ki, ölkəmiz gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Sakinlər bildiriblər ki, bu inkişaf xalqın həyat səviyyəsində özünü göstərir. Ağcabədililər də görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Ona görə də, rayon seçiciləri 9 oktyabrda Prezidentimiz İlham Əliyevə səs verəcəklər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

