Gəncədə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
20.09.2025 [21:14]
Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr – Azərbaycan Respubliksının Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, partiya fəalları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.
Dövlət Süverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev tədbir iştirakçılarını Dövlət Suverenliyi Günü münasibəti ilə təbrik edərək, bildirib ki, 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələdir. Bu gün xalqımızın əzmini, birliyini və qələbəsini təcəssüm etdirir. Dövlət başçısının Sərəncamı ilə bu günün rəsmiləşdirilməsi Azərbaycan dövlətinin gələcək inkişaf yolunun ideoloji əsaslarını möhkəmləndirir. Azərbaycan xalqı artıq öz taleyinə sahib çıxmış, müstəqil dövlətini qurmuş və inkişaf etdirmişdir. Bu nailiyyətin davamlı olması üçün hər bir vətəndaş dövlət suverenliyinin qorunmasına öz töhfəsini verməli, milli iradəni gələcək nəsillərə ötürməlidir. 20 Sentyabr – yalnız tarix deyil, həm də gələcəyə yönəlmiş strateji mesajdır: Azərbaycanın suverenliyi əbədi, müstəqilliyi dönməz, dövlətçiliyi sarsılmazdır.
Tədbir iştirakçılarını 20 Sentyabr - Dövlət Suverenlik Günü münasibəti ilə təbrik edən Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop xalqlarımızın və ölkələrimizin qardaşlığının sarsılmazlığından danışıb: ”Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin təmin olunması ilə başa çatan 44 günlük Vətən müharibəsi ölkələrimiz arasındakı münasibətlərdə yeni bir tarixi salnaməyə çevrildi”.
Vətən müharibəsi qazisi Mətin Abdinov çıxıçında vurğulayıb ki, dövlətimizin bugünkü gücü və qalib mövqeyi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və həmin siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində formalaşıb. 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri zamanı rəşadətli Ordumuzun qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib. Qururluyuq, bu gün şanlı bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov 2025-ci ilin Azərbaycan xalqının tarixinə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilməsi və Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümü kimi böyük siyasi hadisələrin qeyd olunması ilə daxil olduğunu bildirdi: “Suverenliyimizin bərpası ilə biz yalnız dövlət sərhədlərini deyil, həm də milli kimliyimizi və tarixi haqlarımızı bərpa etdik. Azərbaycanın qazandığı bu zəfər nəinki regionda, hətta bütün dünyada ədalət və beynəlxalq hüququn təntənəsi kimi yadda qalacaq. Xalqımız isə bu ədalətin qorunması və möhkəmləndirilməsi naminə daha böyük birlik və inamla irəliləyəcək. Artıq Azərbaycan dünyanın heç kimdən asılı olmayan müstəqil siyasət aparan, sözünü deməyi bacaran, nüfuzlu dövlətlərindən biridir. Bu hissləri bizə yaşadan, bizi həmin zirvələrə çatdıran Ali Baş Komandan cənab İlham Əliyevdir”.
Tədbir “Ey Vətən” mahnısının əzəmətli sədaları altında başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36

