Cənab İlham Əliyevin adı inkişaf və sabitliklə assosiasiya olunur
28.09.2013 [10:54]
Samux rayonunun İnstitut qəsəbəsində və Əhmədbəyli, Ağasbəyli, Alıuşağı kəndlərində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) Samux rayon təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini rayonun İnstitut qəsəbəsində və Alıuşağı, Əhmədbəyli, Ağasbəyli kəndlərində keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən və uğurlu nəticələrindən bəhs edib. Regionların sosial-iqtisadi inkişafının dinamik şəkildə davam etdiyini bildirən təşkilat sədri əlavə edib ki, ölkəmizin, o cümlədən, bölgələrin sürətli inkişafı hər bir vətəndaşın həyatında xüsusilə hiss olunur, insanların rifah halı daha da yaxşılaşır: “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icra olunması regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə və son nəticədə bütün rayonların simasının dəyişməsinə, bölgələr arasında iqtisadi tarazlığın bərpa olunmasına, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, bütövlükdə isə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarıb. Bu proqramlar regionların sosial-iqtisadi inkişafına yol açmaqla yanaşı, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafına təkan verərək makroiqtisadi sabitliyin möhkəmlənməsinə baza yaradıb” – deyə, YAP Samux rayon təşkilatının sədri əlavə edib.
G.Bayramov Yeni Azərbaycan Partiyasının cəmiyyət daxilindəki yüksək nüfuzundan və geniş beynəlxalq əlaqələrindən bəhs edərək qeyd edib ki, YAP bu gün cənab İlham Əliyevin Sədrliyi ilə inkişaf yolunda irəliləyir: “Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılmasında və dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan bir siyasi təşkilatdır. Bu gün Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış və Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla fəaliyyət göstərən, Azərbaycanımızın tərəqqisi naminə fədakarlıq nümayiş etdirən YAP nəinki regionda, hətta, dünyada sayılıb-seçilən siyasi təşkilatlardan birinə çevrilib”.
Onun sözlərinə görə, aparılan bütün sorğular Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə Prezident seçiləcəyini göstərir: “Cənab İlham Əliyev Azərbaycan cəmiyyətinin alternativsiz lideridir. Ötən 10 ildə həyata keçirilən siyasətin uğurlu nəticələri göstərdi ki, İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. Əminəm və inanıram ki, 9 oktyabrda seçicilərin böyük əksəriyyəti Yeni Azərbaycan partiyasının namizədi cənab İlham Əliyevə səs verəcək”.
Samux rayon Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev isə seçkilər ərəfəsində ictimaiyyət nümayəndələrinin böyük ruh yüksəkliyinə malik olduğunu deyib. Onun sözlərinə görə, bu ruh yüksəkliyi təsadüfi deyil və xalqın cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə yüksək inamından qaynaqlanır: “Mən bütün seçiciləri cənab Prezident İlham Əliyevə səs verməyə çağırıram, çünki məhz Onun siyasəti nəticəsində Azərbaycan firavan, qüdrətli dövlətə çevrilib”.
Daha sonra çıxış edənlər - qərargah üzvləri Rahil Həsənov, Zirəddin Kərimov, İlqar Zeynalov, İlkan Həsənov, seçicilər Faiq Cəfərov, Sevinc Hüseynova və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər və Yeni Azərbaycan Partiyasının namizədinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 17:24
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58

