Hacıqabul ictimaiyyəti ölkəmizin gələcək inkişafına-cənab İlham Əliyevə səs verəcək
27.09.2013 [10:16]
YAP Hacıqabul rayon təşkilatı Qubalı və Tağılı kəndlərində görüş keçirib
9 oktyabrda keçiriləcək Azərbaycan Respublikası pezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Hacıqabul rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını davam etdirir. Bu çərçivədə növbəti görüş rayonun Qubalı və Tağılı kəndlərində keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov müstəqillik dövrünün ilk illərində ölkəmizin və xalqımızın üzləşdiyi çətinliklərdən danışıb. H.Bəşirov bildirib ki, Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ölkəmizdə sabitliyin yaranmasına, Azərbaycanın inkişafına yol açdı: “Biz bu gün dövlətimizlə fəxr ediriksə, onun inkişafı bizi qürurlandırırsa, buna görə Ulu öndərə, Onun əsasını qoyduğu siyasi kursa borcluyuq. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin gələcəyini təminat altına alır. İqtisadiyyatımız gündən-günə güclənir, qüdrətlənir, insanlarımız varlanır. Dövlət başçısı İlham Əliyevin 10 illik fəaliyyəti dövründə əldə olunan nailiyyətləri saymaqla bitirmək olmaz. Ölkəmizdə bir milyondan yuxarı iş yerləri açılıb, infrastruktur yenilənib, regionlar inkişaf edib, yeni məktəblər açılıb, sənaye inkişaf edir, kənd təsərrüfatının inkişafı üçün əlverişli mühit yaradılıb, sahibkarlara dövlət qayğısı durmadan artır, beynəlxalq mövqelərimiz güclənir. Bu uğurların davam etməsi, nailiyyətlərin daimi olması üçün Ulu öndər Heydər Əliyev siyasəti davam etməlidir. Ona görə də, hamımız 9 oktyabrda bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verməliyik. Cənab İlham Əliyevə səs verməklə biz gələcəyimizə səs verəcəyik”.
Çıxış edən YAP Hacıqabul rayon təşkilatının idarə heyətinin və təbliğat-təşviqat qrupunun üzvü Beydulla Qarayev bildirib ki, cənab Prezidentimiz 2003-cü ildən gecə-gündüz ölkəmizin gələcəyi, dövlətimizin inkişafı uğrunda çalışır. B.Qarayev əlavə edib ki, möhtərəm Prezidentimiz gördüyü işlərlə öz təbliğatını qurub: “Prezident İlham Əliyev öz səmərəli fəaliyyətini ötən 10 ildə Azərbaycan xalqına nümayiş etdirib. Bu dövr ərzində Prezidentimiz Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevirdi. Bu gün ümumi daxili məhsulun istehsalına görə Azərbaycan dünyada ön sıralarda durur. “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycanın hər bir rayonu inkişaf etdirilib. Bu gün rayonlarla Bakı şəhəri arasındakı fərq aradan götürülüb. Yollarımız, küçələrimiz, tikililər Bakı şəhərindəkindən geridə qalmır. Bu uğurlar ölkəmizin inkişafının nə dərəcədə sağlam təməllər əsasında qurulduğunun bariz nümunəsidir. Xalqımız bu inkişafın davam etməsi üçün oktyabrın 9-da yekdilliklə Prezident İlham Əliyevə səs verməlidir”.
Sonra çıxış edən kənd sakinləri də Prezident İlham Əliyevin gördüyü işlərdən, apardığı siyasi kursdan razılıq ifadə ediblər və əmin ediblər ki, 9 oktyabrda hamı bir nəfər kimi alternativsiz namizəd Prezident İlham Əliyevə səs verəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

