Prezident İlham Əliyevin uğurları dünya üçün nümunə, Azərbaycan üçün qürurdur
26.09.2013 [10:59]
Gəncədə YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat - təşviqat kampaniyası uğurla davam edir
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat - təşviqat kampaniyası Gəncə şəhərində uğurla davam edir. Dünən kampaniya çərçivəsində növbəti görüş Gülüstan qəsəbəsində keçirilib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev çıxış edərək deyib ki, hər bir ölkədə demokratik seçkilər o ölkənin mühüm göstəricilərindən biridir. Azərbaycan azad seçkiyə, demokratik dəyərlərə yüksək qiymət verən ölkələrdəndir: “Biz həm Prezident seçkilərində, həm də parlament və bələdiyyə seçklərində bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycan xalqı 1993-cü ildən bu yana keçirilən prezident seçkilərində demokratik, azad, şəffaf seçim edib və layiqli namizədə səs verib. Xalqımız 1993-cü və 1998-ci illərdə Ulu öndər, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevi ölkə Prezidenti seçib və bu gün də Ümummilli liderin müdrik siyasi kursu Azərbaycanı dünyaya tanıdan, ölkənin sürətli dinamik inkişafını təmin edən, xarici və daxili siyasətdə çox böyük uğurlar qazanan cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Sosioloji sorğuların nəticələrinə görə, 9 oktyabr seçkilərində seçicilərin 85 faizindən çoxu cənab İlham Əliyevi dəstəkləyəcək. Ona görə ki, cənab İlham Əliyevin hakimiyyəti dövründəki Azərbaycan hərtərəfli inkişafa, daxili sabitliyə, kosmik sənayeyə, insanlar üçün firavan həyata, işsizliyin və yoxsulluğun minimuma endirilməsində nail olmuşdur. Bu uğurlar Azərbaycan Prezidentinin dövlətçilik bacarığının və rəhbərlik qabiliyyətinin nəticəsidir. Ona görə də, Azərbaycan xalqı cənab İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəkləyir, ölkənin seçdiyi yolun dəyişməyəcəyinə inamlarını ifadə edirlər”.
Təbliğat - təşviqat qrupunun üzvlərindən ADAU-nun rektoru İbrahim Cəfərov, müəllimləri Arif Qazıyev, Qurban Əliyev, GDU - nun rektoru Yadigar Əliyev, prorektoru Pərvin Kərimzadə çıxışlarında vurğulayıblar ki, xalqımız Milli Qurtuluşumuzdan başlanan yola Ulu öndərin müdrik siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə davam etmək istəyir və Azərbaycanın parlaq gələcəyi naminə səslərini birmənalı şəkildə cənab Prezidentə verəcəklərini bəyan edirlər.
Seçicilər Süleyman Piriyev, Xalidə Sadıqova, Vüqar Mehdiyev, Pakizə İbrahimova, Fərhad İsgəndərov, Svetlana Qasımova, Tural Verdiyev çıxışlarında son illər ölkəmizdə çox nəhəng abadlıq-quruculuq işlərinin aparıldığını, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsinin, insanların sosial durumunun köklü şəkildə dəyişməsinin şahidi olduqlarını deyiblər: “Biz də müasirliyin, yeniliyin davam etməsini istəyirik. İstəyimizə də sevimli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə nail olacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

