Azərbaycanın diplomatik kursunun strateji prioritetləri
02.09.2025 [18:32]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əl-Ərəbiyyə televiziyasına verdiyi müsahibə ölkəmizin regional və beynəlxalq siyasətində mühüm istiqamətləri əks etdirdi. Dövlət başçısının açıqlamaları təkcə Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları deyil, həm də Azərbaycanın qlobal diplomatiyada tutduğu mövqeləri strateji baxımdan ifadə etdi, regional sabitliyin təminatında Azərbaycanın rolu bir daha dünyaya bəyan etdi. Müsahibədə Prezident İlham Əliyev vurğuladı ki, Qarabağ münaqişəsi artıq tarixin arxivinə qovuşmuşdur və Azərbaycan öz suverenliyini tam bərpa etmişdir. Bu, bölgədə yeni təhlükəsizlik arxitekturasının formalaşmasına və sülh gündəliyinin reallaşdırılmasına zəmin yaradır. Rəsmi Bakı postmünaqişə dövründə sülh müqaviləsinin imzalanması və regional inteqrasiyanın güclənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
Prezident İlham Əliyev xüsusi olaraq Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunaraq bildirdi ki, bu layihə regional əməkdaşlıq üçün fundamental imkanlar yaradır. Dəhliz türk dünyasını birləşdirən mühüm kommunikasiya xətti olmaqla yanaşı, Avrasiyanın nəqliyyat xəritəsində Azərbaycanı əsas tranzit mərkəzlərdən birinə çevirəcək. Bu, Azərbaycanın geoiqtisadi mövqelərinin möhkəmlənməsinə və beynəlxalq logistik inteqrasiyada rolunun artmasına xidmət edir. Müsahibədə diqqət çəkən digər məqam Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun bir daha təsdiqlənməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan həm İslam dünyasında, həm də beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşdır. Rəsmi Bakı çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak edir, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində qlobal tərəfdaşlıq əlaqələrini inkişaf etdirir.
Onu da deməliyəm ki, bu müsahibə ilə cənab Prezident İlham Əliyev bir neçə strateji mesajı beynəlxalq ictimaiyyətə ünvanladı:
-Azərbaycan regional sabitliyin və təhlükəsizliyin təminatçısıdır;
-Postmünaqişə dövründə sülh gündəliyi alternativsizdir;
-Zəngəzur dəhlizi regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın əsas sütununa çevriləcək;
-Azərbaycanın diplomatiyası milli maraqlara söykənməklə yanaşı, beynəlxalq əməkdaşlığa açıqdır.
Müsahibənin önəmli məqamlarından biri də Minsk qrupunun ləğvi Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlər barədə idi. Cənab Prezident vurğuladı ki, “Bizim məntiqimiz bundan ibarət idi ki, Minsk qrupu 1992-ci ildə ATƏT tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistana anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Hazırda proses artıq başlayıb və bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir”.
Əl-Ərəbiyyə televiziyasına müsahibə Azərbaycanın beynəlxalq informasiya məkanına ünvanlanmış diplomatik bəyanatı kimi də qiymətləndirilə bilər. Cənab Prezident İlham Əliyevin açıqlamaları bir daha təsdiqlədi ki, Azərbaycan postmünaqişə dövründə regionun siyasi və iqtisadi inteqrasiyasında aparıcı rolu oynayır və çoxtərəfli diplomatiyanın fəal iştirakçısı olaraq çıxış edir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

