Sumqayıt seçiciləri uğurlu gələcəyə - cənab İlham Əliyevə səs verəcəklər
24.09.2013 [10:43]
YAP Sumqayıt şəhər təşkilatı seçicilərlə növbəti görüşünü keçirib
Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının prezidentiliyinə namizədi İlham Əliyevin “İlhamla irəli” devizi ilə keçirilən seçki kampaniyası davam etməkdədir. Prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş Sumqayıt şəhərində keçirilib. Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bildirib ki, artıq bir müddətdir ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər davam edir. Seçicilərin görüşlərdəki fəallığı onu deməyə əsas verir ki, xalq cənab İlham Əliyevi dəstəkləyir və 9 oktyabr tarixində yalnız Ona səs verəcəklər.
A.İmaməliyev Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 2003-2013-cü illərdə Ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməsi və ölkəmizin qazandığı uğurlardan bəhs edib. Qeyd olunub ki, son 10 ilin gerçəklikləri əminliklə söyləməyə əsas verir ki, Ulu öndər Heydər Əliyevin ölkəni inkişaf etdirib sivil ölkələr səviyyəsinə çatdırmaq niyyəti daşıyan strateji inkişaf kursu Prezident İlham Əliyev tərəfindən məharətlə və çox uğurla davam etdirilib. Dövlət başçısı kimi İlham Əliyev ötən 10 ildə Ona bəslənən ümidləri doğruldub və Özünü qətiyyətli, praqmatik siyasətçi kimi təsdiqləyib. Yüksək intellekti, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz qazanıb.
Çıxış edən millət vəkili Leyla Abdullayeva bildirib ki, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun bir sıra aspektlərinə diqqət yetirməklə dövlətçiliyin inkişafına, milli maraqların müdafiəsinə, xalqın sosial rifah halının yaxşılaşmasına, iqtisadiyyatın və aqrar sektorun inkişaf etdirilməsinə hansı töhfələr verdiyini açıq görmək olar. O deyib ki, Prezident İlham Əliyev Ulu öndərin müəllifi olduğu neft strategiyasını uğurla davam etdirir.
Tədbirdə çıxış edən millət vəkili Hacı Salayev deyib ki, cənab İlham Əliyev Özünün yüksək keyfiyyətləri, dövlət idarəçilik bacarığı sayəsində ötən dövr ərzində ölkə rəhbərliyinə alternativsiz lider olduğunu bir daha təsdiq edib: “Bu gün hər bir ölkə vətəndaşı yeni və müstəqil Azərbaycanın tarixində növbəti mühüm tarixi hadisənin canlı şahididir. 9 oktyabr prezident seçkilərində hər bir vicdanlı və gələcəyini düşünən Azərbaycan vətəndaşı ölkəmizin gələcəyinə, gələcək inkişafına, Ulu öndər Heydər Əliyev siyasi kursunun davamına səs verəcək”.
Tədbirdə çıxış edən SDU-nun rektoru Nadir Qəhrəmanov, təbliğat-təşviqat qrupunun üzvləri Əlqəmə Orucov, Vaqif Qəhrəmanov bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən dövr ərzindəki fəaliyyəti, Onun dövlət idarəçilik prinsipləri, qəbul etdiyi qərarlar, onların yüksək səviyyədə yerinə yetirilməsi, cəmiyyətdə hökm sürən milli birlik və vətəndaş həmrəyliyi, siyasi kursa sadiqlik qətiyyətlə belə deməyə əsas verir ki, ölkəmizin və dövlətimizin taleyi etibarlı əllərdədir: “Ona görə də, xalq oktyabrın 9-da yekdilliklə özünün inam və ümid yeri, Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, təminatlı gələcəyə - İlham Əliyevə səs verəcək”.
Çıxış edən Nazilə Cəlilova, Nailə Sərdarova, Nailə Sadıqova, Esmira Novruzova və Şölə Hacıyeva oktyabrın 9-da sumqayıtlıların birmənalı şəkildə inkişafımızı davam etdirəcək namizədə - Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklərini deyiblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35

