Cənab İlham Əliyev növbəti 5 ildə Azərbaycanı daha böyük uğurlara doğru inamla aparacaq
20.09.2013 [10:46]
Qaradağ rayonunun Səngəçal qəsəbəsində seçicilərlə keçirilən görüşdə yüksək fəallıq nümayiş olunub
Dünən Qaradağ rayonunda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qaradağ rayonu üzrə seçki qərargahının üzvləri seçicilərlə növbəti görüşlərini keçiriblər. Qaradağ rayonu Səngəçal qəsəbəsində keçirilən görüşdə YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bu qəsəbə ictimaiyyətinin həmişə dövlətçiliyə sadiq olduğunu xüsusilə vurğulayıb. O, deyib ki, qəsəbə sakinləri hər zaman ictimai-siyasi proseslərdə aktivlik nümayiş etdirib. “Qarşıdan prezident seçkiləri gəlir və hər zaman olduğu kimi növbəti dəfə qaradağlıların, xüsusən də, Səngəçal qəsəbə sakinlərinin aktivlik nümayiş etdirəcəyi şübhəsizdir. Çünki bu qəsəbənin insanları öz Prezidentlərinə, Liderlərinə sədaqətlərini hər zaman açıq nümayiş etdiriblər. İnanırıq ki, növbəti dəfə də sizlər seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi, xalqımızın, dövlətimizin gələcəyinin qarantı cənab İlham Əliyevə dəstək göstərəcəksiniz”.
Daha sonra cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə keçirilən siyasətin uğurlarından danışan A.Hüseynov deyib ki, Ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyev müasir Azərbaycanı dünyada aparıcı ölkələrin səviyyəsinə yüksəldib. Bu gün Azərbaycanın hər bir regionu inkişaf edib. Paytaxtla rayonlar arasındakı fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Eyni zamanda, Onun həyata keçirdiyi uğurlu daxili xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq arenada öz mövqelərini daha da möhkəmləndirib: “Əminik ki, cənab İlham Əliyev Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin dəstəyi ilə ölkəmizi növbəti 5 ildə daha böyük uğurlara doğru inamla aparacaq”.
Aydın Hüseynov bu gün xalqın cənab İlham Əliyevə olan sevgisinin tükənməz olduğunu, bunun oktyabrın 9-da növbəti dəfə müşahidə olunacağını vurğulayıb.
Milli Məclisin üzvü Ağalar Vəliyev də qaradağlıların qarşıdakı mühüm prosesdə böyük aktivlik nümayiş etdirəcəklərinə əminliyini ifadə edib: “Qaradağ rayonunu təmsil edən bir millət vəkili olaraq deyə bilərəm ki, bu gün həm rayon seçicilərinin, həm də ölkə ictimaiyyətinin ümumilikdə yekdil rəyi bundan ibarətdir ki, məhz cənab İlham Əliyevə alternativ yoxdur”.
A.Vəliyev qarşıdan gələn növbəti 5 ildə də məhz İlham Əliyevin rəhbərliyi altında böyük uğurların qazanılacağına inandıqlarını söyləyib. Millət vəkili bu gün ölkəmizdə insanların sosial rifah halının durmadan yüksəldiyini, hər bir bölgəmizdə geniş quruculuq-abadlıq işlərinin uğurla davam etdiyini də diqqətə çatdırıb. A.Vəliyev bildirib ki, birmənalı şəkildə qarşıdan gələn seçkilərdə xalqımız cənab İlham Əliyevə dəstək olmaqla növbəti 5 il müddətində də Onun Azərbaycanı daha böyük zirvələrə yüksəltməsinə təminat yaratmış olacaq.
Qaradağ rayon ictimaiyyətinin nümayəndəsi Bəhruz Qəndilov da çıxışında Azərbaycanın son 10 ildə qazandığı uğurları, ölkəmizin BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir təşkilata üzv olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xətt üzrə dünyada aparıcı mövqeyə yüksəlib. B.Qəndilov Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin günü-gündən gücləndiyini vətəndaşlarımızın sosial rifah halının daha da yaxşılaşdığını da diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Qaradağ rayonu Səngəçal qəsəbə sakini İsmayıl İsmayılov, gənclər adından çıxış edən Zöhrab Babayev və digərləri qarşıdan gələn prezident seçkilərinin Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsi ilə yekunlaşacağına əmin olduqlarını və bütövlükdə Azərbaycan cəmiyyətinin seçiminin cənab İlham Əliyev olduğunu vurğulayıblar.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31

