Prezident İlham Əliyev Azərbaycanı qabaqcıl dünya ölkələrindən birinə çevirib
18.09.2013 [10:49]
Ağcabədililərin yalnız bir seçimi var - Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı cənab İlham Əliyev
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Ağcabədi rayonu üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasına uğurla start verib.
Təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk görüş sentyabrın 16-da rayonun Ağabəyli və Cəfərbəyli kəndlərində keçirilib. Hər 2 görüşü giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatıın sədr müavini Nazim Bünyatov təbliğat və təşviqat kampaniyasına yüksək səviyyədə hazırlaşdıqlarını qeyd edərək bildirib ki, təşkilatın üzvləri bütün kəndlərdə seçicilərlə görüşəcəklər.
Çıxış edən Seçki Qərargahının üzvü Teymur Rəhimov deyib ki, bu gün Azərbaycanda İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur: “Prezident İlham Əliyev Azərbaycanı qabaqcıl dünya ölkələrindən birinə çevirib. Ona bu işdə dəstək olmaq üçün hər bir azərbaycanlı 9 oktyabrda seçki məntəqələrinə gedərək İlham Əliyevin növbəti 5 ildə də ölkəmizə rəhbərlik etməsi üçün səs verməlidir”.
O, əlavə edib ki, bütün ağcabədililərin yalnız bir seçimi var - Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı cənab İlham Əliyev: “Çünki biz dövlətimizin gələcəyini məhz Heydər Əliyev siyasətinin davamında görürük”.
Öz növbəsində kənd sakinləri də ölkəmizin inkişafının davamlı olması naminə oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.
Sentyabrın 17-də təbliğat kampaniyasını davam etdirən Seçki Qərargahının üzvləri öncə rayonun Hacıbədəlli kəndində seçicilərlə görüşüblər. Görüşdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov seçicilərə partiyamızın namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, rayonda görülən quruculuq işlərindən danışıb. O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 10 il ərzində bütün sahələrdə uğurlar əldə edib: “Məhz bu uğurların davamı üçün biz yalnız və yalnız cənab İlham Əliyevə səs verməli, Onunla birgə addımlamalıyıq”.
Tədbirdə çıxış edən rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Niftəliyeva son 10 il ərzində, Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan danışıb. Bu uğurların eyni zamanda ölkəmizin tərəqqisinə xidmət etdiyini deyən natiq həyata keçirilən işlər nəticəsində Ağcabədinin də inkişaf etdiyini bildirib: “Ona görə də, biz hamımız bu siyasətin davamına, işıqlı yola, parlaq gələcəyə - İlham Əliyevə səs veməliyik”.
Görüşdə çıxış edən Cənab İlham Əliyevin Ağcabədi rayonu üzrə Seçki Qərargahının üzvü Teymur Rəhimov, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva, kənd ağsaqqalı İsmayıl Məmmədov və başqaları qeyd ediblər ki, açılan yeni iş yerləri, aparılan abadlıq və quruculuq işləri Ağcabədi rayonundan da yan keçməyib. Belə ki, son illər Ağcabədi rayonu çox sürətlə inkişaf edərək özünün ən yüksək dövrünü yaşayır. Rayonda əsası qoyulan yeni istehsal sahələri, kənd təsərrüfatına göstərilən diqqət, yeni yolların salınması, ən ucqar kəndlərə qaz xətlərinin çəkilişi, parkların salınması, yeni inzibati binaların istifadəyə verilməsi son illər aparılan mühüm işlərin bir parçasıdır. Ağsabədi seçiciləri Prezident İlham Əliyevin başçılığı ilə qazanılmış uğurları təqdir edir, dövlət başçısının apardığı siyasəti dəstəkləyir və 9 oktyabrda hamı bir nəfər kimi bu siyasətin davamına - Prezident İlham Əliyevə səs verəcək.
Daha sonra rayonun Perioğulları kəndində seçicilərlə görüş olub. Görüşü giriş sözü ilə açan, Yeni Azərbaycan Partiyası Ağsabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib ki, Azərbaycan son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Onun sözlərinə görə, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır: “Belə ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da milli inkişafın fundamental komponenti kimi çıxış edir. Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin edib”.
Rayon təşkilatının sədri çıxışını “Bir sözlə, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edir. Bu inkişafın davamı xalqımızın seçimindən asılıdır. O seçimi isə siz artıq etmisiniz. O seçim Prezident İlham Əliyevdir” sözləri ilə tamamlayıb.
Seçicilər qarşısında çıxış edən millət vəkili Tahir Rzayev deyib ki, ölkəmizdə həyata keçirilən mütərəqqi iqtisadi tədbirlər respublikamızın daha da güclənməsini təmin edib: “Bu gün hər bir sektorda iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır. Ümumiyyətlə, 2003-cü ildən etibarən, Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib”.
Görüşdə çıxış edən kənd sakinləri isə deyiblər ki, ölkəmiz gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Ağcabədililər də rayonda görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Ona görə də, rayon seçiciləri 9 oktyabrda Prezidentimiz İlham Əliyevə səs verəcəklər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

