Azərbaycan həqiqətlərinin işıqlandırılmasında mətbuatın rolu
21.07.2025 [15:21]
22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu tarix ölkəmizdə ilk mətbu orqanın “Əkinçi” qəzetinin nəşrə başladığı gündür. Qəzetin əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuşdur. “Əkinçi” qəzeti 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görmüşdür. Buna baxmayaraq Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında qəzetin əvəzsiz rolu olmuşdur. Dövrünün görkəmli ziyalıları, sayılıb seçilən insanlar və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, xalqı maraqlandıran, gündəmi əhatə edən məqalələrlə çıxış edirdilər. “Əkinçi” qəzeti qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşmışdı.
Çar Rusiyası qəzetin insanları maarifləndirməsindən, ictimai-siyasi proseslərə daha yaxından iştirakından narahat olduğuna, çəkindiyinə görə qəzetin nəşrini dayandırib.
1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı Fərman ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranı ləğv etdi. Sözü gedən fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi . Bu gün ölkəmizdə çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.
Əbədiyaşar Liderimiz Heydər Əliyevin “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” –söylədiyi bu fikirlər ulu öndərin milli mətbuatımıza verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyyalarını yaşadan, Onun təməlini qoyduğu düşünülmüş siyasi kursu dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirən Prezident İlham Əliyev də milli mətbuatımıza həssaslıqla yanaşır, mətbuat işçilərinə xüsusi olaraq diqqət və qayğı göstərir. Dövlət başçımızın 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında, 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Sərəncam və Fərman imzalamışdır. Hər il Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə təbrik mesajları ünvanlayır.
Bütün dövrlərdə Ümummilli Liderimiz Ulu Öndər Heydər Əliyev də, Prezident İlham Əliyev də mətbuatın inkişafına xüsusi diqqət ayırmışlar. Mütamadı olaraq mətbuat işçiləri ilə təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur.
Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” imzaladığı Sərəncamlarla Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilərək mətbuat işçilərinə təhvil verilmişdir. Bütün bunlar milli mətbuatımıza, mətbuat işçilərinə göstərdiyi diqqətin göstəricisidir. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
Prezidenti İlham Əliyev çıxışlarının birində "Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı və hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir"- deyərək, söz və mətbuat azadlığını yüksək qiymətləndirdiyini nümayiş etdirir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan jurnalisti 2020-ci ilin sentyabrında başlamış və 44 gün davam edən Vətən müharibəsi dövründə həm ön, həm də arxa cəbhədə yorulmadan fəaliyyətini davam etdirib. Qəhrəman jurnalistlərimiz müharibə bölgələrindən canlı bağlantılar, tarixi qələbələrə və zəfərlərə dair ən son xəbərləri operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırıblar. Bugün də Azərbaycan həqiqətlərinin işıqlandırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır.
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

