Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin alternativi yoxdur
18.09.2013 [10:45]
Daşkəsən seçiciləri 9 oktyabrda Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevə səs verəcəklərini bildiriblər
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Bu məqsədlə Azərbaycanın bütün rayonlarında seçicilərlə ardıcıl görüşlər keçirilir. Daşkəsən rayonunda da təşviqat kampaniyasına start veriləndən əvvəlcədən müəyyənləşdirilmiş qrafik üzrə görüşlərə başlanılıb. Növbəti belə görüşlər rayonun Təzəkənd, Qabaqtəpə və Astaf kəndlərində keçirilib.
Təzəkənd kəndində keçirilən görüşü açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev əvvəlcə qarşıdan gələn prezident seçkiləri ilə bağlı görülən işlər barədə danışıb. O, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun uğurlarından danışıb. Natiq deyib ki, Prezident İlham Əliyev bu posta seçilməzdən öncə xalqımız qarşısında verdiyi vədlərin hamısına əməl edib. Azərbaycan son 10 ildə böyük sürətlə inkişaf edib, ölkənin regionları əsaslı şəkildə dəyişib, müasirləşib, insanların sosial vəziyyəti xeyli yaxşılaşıb. Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu vurğulayan Meydanəli Yolçuyev bunun əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyevin uğurla davam etdirdiyi düşünülmüş praqmatik siyasətin nəticəsi olduğunu bir daha bəyan edib. Sonda isə o deyib ki, bu gün Azərbaycan vətəndaşına, seçicisinə “sən kimə səs verəcəksən” sualını vermək artıqdır: “Çünki cavabı kifayət qədər aydındır - hamı ölkənin inkişafına, gələcəyinə - İlham Əliyevə səs verəcək”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə çıxışına prezident seçkilərinin ölkələrin tarixindəki əhəmiyyətini qeyd edərək başlayıb. Onun sözlərinə görə, prezident seçkiləri ölkənin hansı yolla irəliləyəcəyini, öz gələcəyini kimə həvalə edəcəyini, bir sözlə, aqibətinin necə olacağını müəyyənləşdirir. Ona görə də, 9 oktyabr tarixi Azərbaycan dövlətinin siyasi tarixində mühüm yer tutur. Hər bir vətəndaşımız 9 oktyabrda öz demokratik hüququndan istifadə edərək dövlətimizin gələcək taleyini kimə həvalə edəcəyinə qərar verəcək. Hikmət Babaoğlunun sözlərinə görə, görülən işlər və həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə kifayət qədər demokratik seçki mühiti yaradılıb və hər kəs öz iradəsini müstəqil şəkildə ifadə etmək hüququna sahibdir.
Baş redaktor qarşıdan gələn seçkilərdə müxtəlif təmayüllü partiyaların namizədlərinin iştirak edəcəyini xatırladaraq vurğulayıb ki, buna baxmayaraq, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin alternativi yoxdur. Dövlətimizin başçısı ötən 10 ildə gördüyü işlərlə təsdiqləyib ki, Azərbaycanın gələcək illərdəki inkişafı üçün də yeganə namizəd məhz İlham Əliyevdir: “Əslində, hesab edirik ki, cənab İlham Əliyevin təbliğata xüsusi ehtiyacı yoxdur. Çünki O, ötən 10 ildə irəli sürdüyü tezislərin həyatda əksini tapması, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri ilə təbliğatını Özü aparıb”.
Hikmət Babaoğlu xatırladıb ki, Prezident İlham Əliyev 2003-cü ildə bu vəzifəyə seçiləndə bəyan etmişdi ki, hər bir azərbaycanlının Prezidenti olacaq: “Dövlətimizin başçısının ötən 10 ildə fəaliyyəti Onun hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə vətəndaşların əməkhaqları 6,5 dəfə, pensiyalar 6 dəfə, digər müavinətlər dəfələrlə artırılıb. Azərbaycanda çox güclü əsaslara söykənən sosial siyasət həyata keçirilir. Ölkədə daimi sabitlik təmin olunub, həyata keçirilən iqitsadi islahatlar nəticəsində dövlətimiz inkişaf edib, rəqabətqabiliyyətli iqtisadiyyat yaradılıb, bu gün regionun iqtisadiyyatının 80 faizini Azərbaycan iqtisadiyyatı təşkil edir. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Yeni keyfiyyət mərhələsinə qədəm qoyan, özündə modernləşdirmə və rifah amillərini birləşdirən Azərbaycanın inkişafı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: Dünya İqtisadi Forumunun “Rəqabətlilik Hesabatı 2013-2014” nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. 2012-2013 hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012 hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu. MDB məkanında isə Azərbaycan ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir”.
Baş redaktor Hikmət Babaoğlu sonda bütün bu uğurların məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində qazanıldığını vurğulayaraq əlavə edib ki, ona görə də Azərbaycan xalqı 9 oktyabrda bu siyasətin gələcək illərdə də uğurla davam etdirilməsi üçün Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcək.
Digər çıxışçılar da vurğulayıblar ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz uğurlara imza atıb. Qeyd olunub ki, cənab İlham Əliyev qarşıdakı seçkilərdə böyük səs çoxluğu ilə qalib gələcək.
Yeri gəlmişkən, görüş və mitinqlərdə iştirak edən daşkəsənlilər öz seçimlərini etdiklərini deyiblər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

