Nəsimi rayonunda 26 İyun – Milli Ordu Gününə həsr olunmuş tədbir keçirildi
26.06.2025 [18:50]
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 iyun 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının birgə təşkilatçılığı ilə Milli Ordu Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Cəlil Xəlilov müharibə veteranlarının, şəhid ailələrinin və qazilərin dövlət qayğısı ilə əhatə olunmasından məmnunluqla danışdı. O, xüsusilə Vətən müharibəsində əldə olunan tarixi Qələbənin ordumuzun qüdrətindən və xalqımızın birlik ruhundan qaynaqlandığını vurğuladı.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Milli Ordu Gününün tarixi əhəmiyyətindən danışaraq Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində qoyduğu möhkəm təməllərin bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Azər Allahverənov çıxışında Azərbaycan Ordusunun müasir texnologiyalarla təchiz olunması və kadr potensialının gücləndirilməsi sahəsində aparılan islahatlardan bəhs etdi. O bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilmişdir.
Müdafiə nazirinin müşaviri Abdulla Qurbani hərbi-vətənpərvərlik istiqamətində uzun illər fəaliyyət göstərən tanınmış ziyalı, tədbirdə gənclərin milli ruhda tərbiyə olunmasının, tariximizin, şəhidlərimizin xatirəsinin yaşadılmasının vacibliyini qeyd etdi. O, milli dəyərlərin qorunması və ötürülməsi sahəsində belə tədbirlərin önəmini vurğuladı.
Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev isə çıxışında vətənpərvərlik ruhunun yeni nəsillərə aşılanmasının əhəmiyyətinə toxunaraq qeyd etdi ki, şəhidlərin və qazilərin şərəfli yolu Azərbaycan gəncliyi üçün əbədi nümunədir.
Tədbirdə Azərbaycanın ordu quruculuğundakı nailiyyətləri, Silahlı Qüvvələrin keçdiyi şərəfli yol və xalq-ordu birliyinin önəmi xüsusi vurğulandı. Çıxışçılar Azərbaycan Ordusunun regionda sülh və sabitliyin təminatçısı kimi mühüm rolunu qeyd etdilər.
Tədbirin sonunda xatirə şəkili çəkdirildi və iştirakçılar tərəfindən Azərbaycan Ordusuna və dövlətçiliyimizə dəstək mesajları verildi və Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.
Xəbər lenti
Hamısına baxSiyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10

