“Müzəffər ordumuz qurur mənbəyimizdir” mövzusunda tədbir keçirib
25.06.2025 [19:26]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə 25 İyun 2025-ci il tarixində “Müzəffər ordumuz qurur mənbəyimizdir” mövzusunda tədbir keçirib.
Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, Vətən müharibəsi qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin əməkdaşı Cavid Kazımov, Kəlbəcər rayon SMSİİ-nin Baş mühəndisi Xəyal Bağırov, Gənclər və İdman sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov, Kəlbəcər rayon mərkəzi xəstəxanasının müharibə iştirakçıları işləri üzrə şöbənin əməkdaşı Rasim Kərimov, müharibə iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, tariximizin şanlı səhifəsi sayılan bu gün, 107-ci ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın təmin edilməsi, nizami ordu quruculuğu prosesinin prioritet məsələ elan olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsidir. Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəridir. Dönə-dönə vurğulandığı kimi, xalqımızın çoxəsrlik tarixində buna bənzər Qələbə olmayıb. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.
Kəlbəcər rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, Vətən müharibəsi qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, YAP Kəlbəcər rayon təşkilatının sədr müavini Qənaət Əsgərov, Kəlbəcər rayon SMSİİ-nin Baş mühəndisi Xəyal Bağırov, Gənclər və İdman sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov, Qarabağ müharibəsi veteranı Ramiz Əliyev, qazi Elvin Hüseyinov, Kəlbəcər rayon mərkəzi xəstəxanasının müharibə iştirakçıları işləri üzrə şöbənin əməkdaşı Anar Eyvazov və digərləri çıxış edərək bildirdilər ki, Azərbaycan əsgəri otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqları işğaldan azad etməklə xalqa öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Azərbaycan xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Azərbaycanın qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və qətiyyətinin nəticəsidir. Azərbaycan Ordusu cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə 44 gündə bütün dünyaya müasir döyüş əməliyyatlarını, yeni əsrin müharibəsini aparmağın nümunəsini göstərdi.
Çıxışlardan sonra respublikamızın və Kəlbəcər rayonunun ictimai həyatında fəal iştirak edən bir qrup Qarabağ müharibəsi iştirakçılarına və Vətən müharibəsi qazilərinə YAP Kəlbəcər rayon təşkilatının Fəxri fərmanları təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

