YAP Xəzər rayon təşkilatında partiya üzvləri ilə görüş keçirilib
11.06.2025 [15:19]
YAP Xəzər rayon təşkilatının Almaz İldırım küçəsi 30 B (2 saylı Bakı Dost Mərkəzi) ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan bəhs edərək onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir.
Daha sonra çıxış edən 2 saylı Bakı Dost Mərkəzinin direktor müavini Şamil Əliyev ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini önə çəkərək bildirib ki, bu günün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyasının daha da genişləndirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliğatçısı olan hər bir YAP üzvü günümüzün çağırışlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışır.
Sonda isə partiyanın ərazi təşkilatına sədr və sədr müavini seçkiləri keçirilib. İştirakçıların yekdil rəyi ilə Şamil Əliyev ərazi təşkilatının sədri, Asəf Zeynalov isə sədr müavini seçilib.
Qeyd edək ki, Almaz İldırım küçəsi 43A (1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi) ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilərək hər bir vədini konkret əməli ilə təsdiqlədiyini bildirdi.
Tədbirin sonunda partiyanın ərazi təşkilatına sədr və sədr müavini seçkiləri keçirilib. İştirakçıların yekdil rəyi ilə Günəş İsmayılova ərazi təşkilatının sədri, Mətanət Ağazadə isə sədr müavini seçilib.
Xəbər lenti
Hamısına baxSiyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10

