Xilaskarlıq missiyasını həyata keçirən lider
11.06.2025 [14:11]
Tarixdə elə hadisələr, günlər olur ki, illərlə, əsrlərlə yaddan çıxmır, unudulmur.
15 İyun Azərbaycan xalqı, dövləti üçün məhz belə unudulmaz, müqəddəs bir tarixi gündür. Ümummili lider Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan xalqını çox ağır bəlalardan hifz etdi, ölkənin müstəqilliyinin əldən getməsinin qarşısını aldı. Torpaqlarımızın daha geniş şəkildə zəbt olunmasına imkan vermədi, ölkəmizi dəhşətli vətəndaş müharibəsindən xilas etdi.
15 İyundan başlanan uğurlar, Ulu öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar, sərəncamlar, fərmanlar, bağlanılan müqavilələr, həyata keçirilən layihə və proqramlar bugünkü inkişafımızın təməlini möhkəm qoymuşdur.
İnsan ağlı, zəkası, fəaliyyəti ilə tarixi ucaldır, yaşadığı dövrü sürətləndirir, əbədiləşdirir. Ümummili liderimiz Heydər Əliyev tarix yaradan, tarixi əbədiləşdirən və Azərbaycan xalqının yaddaşında əbədi qalmağı bacaran bir şəxsiyyətdir.
Qurtuluş günümüz – Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gətirilməsi, xalqın Ulu öndərinə bəslədiyi məhəbbətindən, etimadından qaynaqlanırdı. Azərbaycan xalqı Heydər Əliyevi öz xilaskarı kimi görürdü.
Heydər Əliyevin gərgin əməyi nəticəsində xalq-hakimiyyət münasibətləri, vətəndaş-dövlət əlaqələri təkmiləşdirildi, qarşılıqlı etimad səyləri yaradıldı. Nizamsız silahlı dəstələrdən olan Azərbaycan Ordusu tez bir zamanda yenidən təşkil edildi, hərbi-hazırlıq səviyyəsi yüksəldildi, orduda möhkəm nizam-intizam yaradıldı. O,Ordu ki bu gün bizə tarixi zəfər yaşatdı.
“Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər” kəlamının müəllifi olan Ulu Öndər sözün əsl mənasında Azərbaycanı dünyaya tanıdan Dahi şəxsiyyət oldu.
“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” amalı ilə yaşayan Heydər Əliyev sözünü əmələ çevirməklə dünyanın ən böyük azərbaycanlısı adını daşımağa layiq olduğunu sübut etdi.
“İnanıram ki, müstəqil Azərbaycan Respublikası həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”. Uzaqgörənliklə deyilmiş bu sözlər bu gün həqiqətə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirir və ölkəmizi parlaq sabahlara aparır.
Cənab Prezident ata vəsiyyətini , onun ən ağrılı yeri olan bir vəzifəni həyata keçirdi və düşmən üzərində tarixi qələbə qazandı. Ulu Öndərin ən böyük arzusu Qarabağımızı azad etmək, Şuşamıza getmək, işğal altında olan torpaqlarımızı düşməndən qurtarmaq idi. Bu arzunu Möhtərəm Prezidentimiz reallığa çevirdi. Bəli 30 ildən sonra Azərbaycan öz əzəli torpaqlarını işğal altından azad etdi , bütövləşdi və tamamlandı.
“Tariximizin hər səhifəsi bizim üçün əzizdir”- deyən Heydər Əliyev Müstəqil Azərbaycanın şanlı tarixinin ən əziz səhifəsini təşkil edir.
Bu gün biz qalib xalq kimi Qurtuluş Gününü qeyd edirik.
Azərbaycan dövləti, Azərbaycan xalqı var olduqca Heydər Əliyev dühası var olacaqdır, yaşayacaqdır.
Samirə Zeynalova,
YAP Tərtər Rayon Təşkilatının mühasibi
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

