Azərbaycan Universitetində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
27.05.2025 [17:25]
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Azərbaycan Universiteti ilə birgə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının tarixi hadisə olduğu diqqətə çatdırılıb, Azərbaycan tarixinin əlamətdar günləri ilə bağlı tədbirlərin gənclərin yetişməsi və maariflənməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, universitetin qonağı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Rəsul Mehdixanovun çıxışları dinlənilib.
Elmi işlər üzrə prorektor Yusif Qasımov açılış nitqi ilə çıxış edərək 1918-ci il may ayının 28-də Gürcüstanın Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) İstiqlal Bəyannaməsinin oxunmasının və Şərqdə ilk demokratik respublikanın yaradıldığının dünyaya rəsmən elan olunmasının Azərbaycan xalqının həyatında çox böyük və əlamətdar hadisə olduğunu qeyd edib. Çıxışında AXC dövründə dövlət quruculuğunda və idarəetmədə əsası qoyulan yeni və mütərəqqi ənənələrə toxunan prorektor bildirib ki, çox çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq AXC öz tarixi missiyasını uğurla yerinə yetirib. Bu, elə bir yol, elə bir missiyadır ki, bolşevik işğalı Azərbaycan dövlətçiliyini tarix səhnəsindən silə bilməyib.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edən, bu gün öz tarixinin ən güclü və ən qürurlu dövrünü yaşayan müasir və müstəqil Azərbaycan dövləti 107 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu ənənələrinə sadiqlik nümayiş etdirir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 30 ildən sonra öz əzəli torpaqlarını Ermənistan işğalından azad etməsi, dövlət sərhədlərinə tam nəzarətin təmin olunması, ölkənin bütün ərazisində Konstitusiya quruluşunun və suverenliyin tam bərpa edilməsi böyük tarixi nailiyyətdir. Müasir, müstəqil və suveren dövlətə sahib olmaq AXC qurucularının da ən böyük arzusu və xəyalı olub: “Əminliklə deyə bilərəm ki, bu gün onların ruhu şaddır”, - deyə Azər Süleymanov çıxışını yekunlaşdırıb.
Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Rəsul Mehdixanovun çıxışı isə ermənilərin Qarabağın dağlıq hissəsinə köçürülməsi, AXC-nin tarixi əhəmiyyəti, Ermənistanın Azərbaycana hərbi təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri və bu kimi məsələləri əhatə edib.
Tədbirin sonunda tələbələr - Aslanova Kamilla, İsmayılova Nuray, Qədirova Aysel, Qarayeva Fatimə, Əzimova Günel, Həsənli Nigar, Qasımov Xəqani, Cəfərzadə Fatimə, Qurbanismayılova Məryəm, Səfərli Məryəm, İskəndərli Bahar, Fatimə Məmmədova, Rəhmətova Nuray və Gülməmmədova Esmiranın ifasında 28 May – Müstəqillik Gününə həsr olunmuş bədii proqram təqdim olunub.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

