Qazaxda 28 may - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər davam edir
27.05.2025 [15:11]
26 may 2025-ci il tarixdə 2025 - ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 may - Müstəqillik Günü münasibətilə YAP Qazax rayon təşkilatı Daş Salahlı 1 saylı tam orta məktəb ərazi partiya təşkilatında “Müstəqillik, suverenlik Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir!” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin əvvəlində 28 may - Müstəqillik Gününə həsr edilmiş film nümayiş etdirilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbiri açaraq 28 may -Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və müdrik Azərbaycan xalqının heç də hamar olmayan müstəqillik yollarında çox şərəfli, keşməkeşli bir yol keçdiyini xüsusi vurğulayıb. Rayon təşkilatının sədri Möhtərəm Prezident İlham Əliyev cənablarının 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini, bu münasibətlə rayonda silsilə tədbirlərin keçirildiyini və xalqımız üçün çox əlamətdar bir gün olan 28 may -Müstəqillik Gününün böyük təntənə ilə qeyd olunacağını diqqətə çatdırıb. A.Nəbiyev bu yönümdə keçirilən silsilə tədbirlərin mahiyyətindən, əhəmiyyətindən, xalqımızın milli sərvəti sayılan müstəqilliyimizdən, suverenliyimizin bərpasından, bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə konstitusiya quruluşumuzun bərqərar edilməsindən, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında qazanılan misilsiz qələbə sayəsində Dövlət Bayrağımızın bütün ərazilərimizdə əzəmətlə dalğalanmasından ətraflı bəhs edib.
Tədbirdə partiya fəallarından Şükufə Cəfərova, Şəbnəm Ləzgiyeva, şəhid anası Mənsurə Hüseynova, şəhid bacısı Hicran Məmmədova çıxış ediblər.
Tədbirin sonunda Daş Salahlı 1 saylı tam orta məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə və müstəqilliyimizə həsr olunmuş şeirlər səsləndiriblər və müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxlş ediblər, ərazi partiya təşkilatının ən fəal partiya üzvləri YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunublar.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

