/ / Zirvə görüşü türk dövlətlərinin inteqrasiyası istiqamətində irəliyə doğru atılmış mühüm bir addımdır
Zirvə görüşü türk dövlətlərinin inteqrasiyası istiqamətində irəliyə doğru atılmış mühüm bir addımdır
23.05.2025 [20:53]
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü təşkilatın tarixində müşahidəçi dövlətdə keçirilən ilk sammit olaraq tarixə düşdü. 2025-ci il mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı həm ikitərəfli və çoxtərəfli münasibətlərin dərinliyini, həm də türkdilli dövlətlər arasında strateji əməkdaşlığın genişlənməsini əks etdirən mühüm məqamlarla yadda qaldı. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan regionda etibarlı tərəfdaş və siyasi lider kimi mühüm rol oynayır.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunaraq ciddi mesajlar verib. Azərbaycanın tranzit, nəqliyyat və logistika imkanları barədə danışan dövlətimizin başçısı bu sahədə türk dövlətləri ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.Ölkəmizin əlverişli coğrafi mövqeyi və güclü nəqliyyat infrastrukturu türk dövlətləri üçün mühüm tranzit və logistika imkanları yaradır.Bu xüsusda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyük əhəmiyyət daşıyır. 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilmiş COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı, həm təşkilati baxımdan, həm də qlobal siyasi nəticələri etibarilə müstəsna hadisə kimi yadda qaldı.Cəmi 11 ay kimi qısa bir hazırlıq müddətində Azərbaycan bu nüfuzlu tədbiri yüksək peşəkarlıqla təşkil etməklə dünya birliyinə həm təşkilati, həm də siyasi iradə nümayiş etdirdi.“Bakı sıçrayışı” ifadəsi, COP29-un həm simvolik, həm də mahiyyət baxımından dünya iqlim gündəmində yaratdığı ciddi dəyişikliyi ifadə edir. Şuşada təşkil olunmuş ilk qeyri-rəsmi Zirvə görüşünün davamı kimi Budapeştdə baş tutan ikinci belə tədbir Türk Dövlətləri Təşkilatının daxilində səmimi və açıq dialoqun, qarşılıqlı anlaşmanın dərinləşdiyini göstərir.Prezident İlham Əliyev Qırğızıstanın Təşkilata uğurlu sədrliyi münasibətilə Prezident Sadır Japarovu təbrik edərək, bu ilin rəsmi Zirvə görüşünə Azərbaycanın ev sahibliyi edəcəyini bildirdi və liderləri ölkəmizə dəvət etdi. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan indiyədək təşkilat üzvü olan ölkələrə 20 milyard ABŞ dollarından artıq sərmayə yatırıb ki, bu da onun iqtisadi həmrəylik və ortaq inkişaf prinsipinə sadiqliyini əks etdirir. 2025-ci ildə Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması bu əməkdaşlığın daha da institusional və sistemli xarakter alacağını göstərir.Zirvə görüşündə qəbul edilmiş Bəyannamə türk dövlətlərinin birliyini göstərən mühüm sənəddir.Bəyannamədə TDT-nin beynəlxalq təşkilatlarla əməkdaşlığının dərinləşdirilməsi təşviq edilir. Sənəddə üzv ölkələrin bir-birinin namizədliklərini və təşəbbüslərini beynəlxalq platformalarda qarşılıqlı şəkildə dəstəkləməsi vurğulanır. Xüsusilə, Qırğızıstanın 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına və 2028–2030-cu illər üçün ECOSOC-un üzvlüyünə namizədliyinin dəstəklənməsi Türk Dövlətləri Təşkilatının qlobal miqyasda koordinasiyalı fəaliyyətə verdiyi önəmi nümayiş etdirir.Türk Dövlətləri Başçılarının rəsmi Zirvə görüşü bu il ölkəmizdə keçiriləcək. Azərbaycanda keçiriləcək növbəti rəsmi Zirvə görüşünün Budapeştdə müzakirə olunmuş məsələlər üzrə rəsmi qərarların qəbul olunması və ardınca praktiki addımların atılması üçün mühüm başlanğıc mərhələsi olacağına şübhə yoxdur.Budapeşt Zirvə görüşündə qəbul olunmuş Yekun Bəyannamə bünün üçün kifayət qədər etibarlı zəmin yaradır.
Mayın 20-21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə görüşü keçirilir. Görüşün müşahidəçi statusunda olan Macarıstanın ev sahibliyi ilə keçirilməsi bu ölkənin Türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmi və TDT çərçivəsində artan rolunu nümayiş etdirir.Bu, Türk Dövlətləri Təşkilatının üzvləri ilə müşahidəçi ölkələr arasında mövcud münasibətləri daha da möhkəmləndirmək, qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirmək üçün yeni platforma rolu oynayır. Xüsusilə Avropa ilə türk dünyası arasında dialoqun genişlənməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacaq.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

