/ / Azərbaycan Prezidentinin Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq
Azərbaycan Prezidentinin Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq
23.05.2025 [12:44]
Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində keçirilən görüşlər və mətbuata verdiyi bəyanat iki ölkə arasında möhkəm dostluq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin daha da dərinləşdiyini bir daha təsdiqləyir.
Azərbaycan ilə Macarıstan tarixi və milli dəyərlərə sadiqliyi, suverenliyin qorunmasına yönəlmiş qətiyyətli mövqeyi ilə fərqlənir. Əhalisinin sayı və ərazi baxımından bənzər göstəricilərə malik olan bu ölkələr açıq dənizlərə çıxışı olmayan dövlətlər kimi oxşar geosiyasi reallıqlarda fəaliyyət göstərirlər. Eyni zamanda, hər iki ölkə müharibə vəziyyətində olan dövlətlərlə qonşudur ki, bu da onların təhlükəsizlik və siyasi gündəliklərinə ortaq çağırışlar yaradır. Bütün bu amillər Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının aktuallığını daha da artırır. Azərbaycan ilə Macarıstan arasında dostluq və tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmətə və etimada əsaslanır. Hər iki ölkə milli maraqları ön planda tutan müstəqil siyasət yürüdür və bu yanaşma onların strateji əməkdaşlığını daha da gücləndirir. Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi bu dost ölkə tərəfindən dətsəklənir. Postmüharibə dövründə ölkəmiz regionda sülh danışıqları istiqamətində ardıcıl və məqsədyönlü təşəbbüslərlə çıxış edir. Sülh sazişinin ilkin layihəsi də məhz Azərbaycan tərəfindən hazırlanıb. Bu layihədə iki əsas prinsip hələ də gündəmdə qalır: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğvi və artıq funksionallığını itirmiş ATƏT-in Minsk qrupunun rəsmi şəkildə buraxılması. Dövlətimizin irəli sürdüyü bu təkliflər konstruktiv və beynəlxalq hüquqa uyğun xarakter daşıyır, bu baxımdan onların qəbul olunması prosesin məntiqi nəticəsi kimi mühüm önəm kəsb edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu və Budapeştdəki Nümayəndəlik Ofisinin fəaliyyəti, bu ölkənin özünü həm Avropanın ən Şərq, həm də Türk dünyasının ən Qərb dövləti kimi təqdim etməsi artıq diplomatik poetika deyil – bu, geosiyasi amildir. Viktor Orbanın Şuşaya səfəri və Macarıstanın TDT-nin qeyri-rəsmi zirvə toplantısında iştirakı onu göstərir ki, bu ölkə Avropa ilə Türk dünyası arasında körpü rolunu oynamaq niyyətindədir. Azərbaycan isə bu körpünün təməlində dayanan mühüm aktordur. Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə gəldi. Səfər çərçivəsində Budapeştdə ölkə başçımızla Macarıstanın Baş naziri Viktor Orbanın məhdud tərkibdə görüşü keçirildi. Ardınca hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə başçısı cənab İlham Əliyev öz bəyanatında xüsusi olaraq vurğulayıb ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq. Azərbaycan–Macarıstan münasibətləri artıq sadəcə, əməkdaşlıq deyil, qarşılıqlı strateji maraqların təmin olunduğu çoxşaxəli müttəfiqlik formatına çevrilməkdədir. Bu müttəfiqlik təkcə iki ölkə üçün deyil, region üçün də sabitlik, inkişaf və dayanıqlı tərəfdaşlıq nümunəsi təqdim edir. COP29 kimi qlobal tədbirlərdə birgə iştirak, enerji, nəqliyyat, mədəniyyət, müdafiə və hüquq sahələrində əməkdaşlıq yeni geosiyasi modelin konturlarını cızır. Bu əməkdaşlıq həm Azərbaycanın Avropadakı nüfuzunu, həm də Macarıstanın Türk dünyası ilə əlaqələrini gücləndirir. Əminliklə demək olar ki, bu tərəfdaşlıq modeli gələcəkdə daha geniş regional bloklaşmaların əsasını təşkil edə bilər. Azərbaycan Prezidentinin Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq. Ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir. Ötən ildən etibarən Azərbaycan mavi qazı Macarıstana çatdırılır. Regional enerji təhlükəsizliyinə yaxından töhvə verən Azərbaycan tərəfdaş ölkələr ilə enerji əməkdaşlığını gücləndirməkdədir. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb.
Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,0 milyard kubmetrdək artırılması həmin regionda daha çox ölkənin Azərbaycandan artırılmış həcmdə qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yaradır.
Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41

