“Heydər Əliyev irsi – Gələcəyə yol” adlı tədbir keçirilib
08.05.2025 [16:01]
7 may 2025-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzi - Eko-Parkda keçirilən tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkili Gülşən Paşayeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, RİH başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, şəhid ailələri və qazilər, təhsil, səhiyyə, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar. Film iştirakçılarda dərin təəssürat yaradıb və Ulu Öndərin zəngin irsinin bir daha yaddaşlarda canlanmasına səbəb olub.
Tədbiri giriş sözü ilə açan Xəzər RİH başçısı Elşən Salahov Heydər Əliyevin xalqımızın taleyində oynadığı misilsiz roldan danışaraq onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub saxladığını və bugünkü inkişaf səviyyəsinə çatdırdığını qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərinə geniş şəkildə toxunaraq onun çoxşaxəli fəaliyyətini və xalq qarşısındakı tarixi missiyasını ətraflı şərh edib. E.Salahov həmçinin qeyd edib ki, Ulu Öndərin daxili və xarici siyasət kursu nəticəsində Azərbaycan qlobal miqyasda tanınan və hörmət edilən dövlətə çevrilib. Onun diplomatik müdrikliyi ilə formalaşdırdığı beynəlxalq münasibətlər bu gün də ölkəmizin strateji tərəfdaşlıqlarının əsasını təşkil edir. Heydər Əliyevin təməlini qoyduğu inkişaf və islahatlar siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün bərpası, regionda nüfuzunun güclənməsi və modern dövlət idarəçiliyi modeli məhz bu irsin davamıdır.
Daha sonra çıxış edən Millət vəkili Gülşən Paşayeva, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elçin Mansurovun anası Məleykə xanım Məcidova Heydər Əliyevin ölkə quruculuğu, təhsil, mədəniyyət və diplomatiya sahələrindəki fəaliyyətindən bəhs ediblər və onun ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan nəinki regionda lider dövlətdir, həmçinin böyük bir coğrafiyanı əhatə edən məkanda söz sahibi kimi böyük nüfuza malikdir.
Çıxışlardan sonra İlk dəfə Yeni Azərbaycan Partiyasına üzv olan gənclərə vəsiqələr təqdim edilib. Partiyaya yeni üzv qəbul olunan gənclər göstərilən yüksək inam və etimada görə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra tədbir respublikanın tanınmış sənət adamlarının iştirakı ilə konsert proqramı ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31

