YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
02.05.2025 [15:36]
Mayın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat yolundan bəhs edən videoçarx təqdim olunub.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ulu Öndərin Azərbaycanın bu günün memarı olduğunu qeyd edərək, onun siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində ölkəmizin sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyduğunu vurğulayıb.
"Heydər Əliyevin hakimiyyətinin birinci dönəmində Azərbaycanda böyük müsbət dəyişiklər baş verdi. 1990-cı illərdə - Azərbaycanın müstəqilliyinin ilk illərində isə yaşadığı xaos, iqtisadi geriləmə və separatçılıq təhlükəsi fonunda Heydər Əliyevin xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdışı baş verdi və bu qayıdış ölkənin gələcəyini müəyyənləşdirdi" - deyə o əlavə edib.
M.Nağıyev qeyd edib ki, Heydər Əliyev dövlət xadimi kimi həm də Azərbaycan mədəniyyətin inkişafına böyük töhfələr verib, sonsuz qayğı göstərib.
Ümummilli Lider Heydər Əliyevin müasir dövlətçiliyimizin banisi olduğunu vurğulayan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova qeyd edib ki, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirərək, xalqın milli maraqlarını daim üstün tutan siyasət yürüdüb, dövlət quruculuğunun ideya əsaslarını formalaşdırıb.
"Bu günümüzün hər bir uğurunda dahi rəhbərin uzaqgörən siyasətinin və fədakar xidmətlərinin izi var. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji xətti uğurla davam etdirərək Azərbaycanı güclü, müasir və qalib dövlətə çevirib", - deyə o diqqətə çatdırıb.
Milli Məclisin deputatı Nigar Arpadarai çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki roluna diqqət çəkib: “Heydər Əliyev təkcə lider olaraq deyil, həm də Azərbaycanın gələcəyinin təməlini atan dahi şəxsiyyət kimi tarixə düşüb. Azərbaycan müstəqilliyinin ilk illərində yaşadığı böhranlardan onun müdrikliyi və fədakarlığı sayəsində çıxaraq güclü dövlətə çevrildi”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyev Ümummilli Liderin ideyalarını mükəmməl şəkildə həyata keçirərək, ölkəmizi dünya miqyasında tanınmış və nüfuzlu ölkələrdən birinə çevirdi.
91-lərin üzvü, tanınmış ictimai xadim Şahlar Əsgərov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasındakı əvəzsiz roluna toxunub. Qeyd edib ki, Heydər Əliyev xalqın gücünü və iradəsini birləşdirərək, müstəqil Azərbaycanın qurulmasında həlledici rol oynayan böyük şəxsiyyətdir.
Şəhid anası Mehriban Əmrahova və qazi Ramin Şirinov çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında və xalqımızın xoşbəxt gələcəyinin təmin edilməsindəki əvəzsiz rolunu vurğulayıblar.
Tədbir bədii hissə ilə davam edib.
Sonda YAP Səbail rayon təşkilatının fəal üzvləri fəxri fərmanla təltif olunublar, yeni üzvlərə isə partiya vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

