Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin üzərinə böyük məsuliyyət düşür
18.07.2013 [11:17]
Masallıda “Yay məktəbi”nin iştirakçıları milli-mənəvi dəyərlərimizlə bağlı geniş fikir mübadiləsi aparıblar
Dünən Masallı rayonunun “Viləş” istirahət mərkəzində YAP Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi”nin iştirakçıları tədbirlərini davam etdiriblər. Dünənki tədbirin əsas mövzusu milli-mənəvi dəyərlərimizlə bağlı olub.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, qrup rəhbəri Hikmət Babaoğlu bu mövzuda gənclər qarşısında çıxış edib. Hikmət Babaoğlu bildirib ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Onun sözlərinə görə, Azərbaycan xalqı da bu günədək məhz milli mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib: “Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli-mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb və onun böyük bir hissəsi bu günədək qorunub saxlanıb. Bu baxımdan, milli dövlətin formalaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır. Milli dəyərlərə söykənən dövlət quruculuğu xalqın milli şüuruna, identikliyinə, mənəvi dəyərlərinə istinad edir. Müstəqilliyini qazandıqdan sonra Azərbaycan Respublikasının qarşısında bir neçə inkişaf yolu mövcud idi. Müxtəlif kənar təsirlər həmin dövrdə Azərbaycanı fərqli istiqamətlərə sapdırmağa çalışırdı. Lakin Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi quruculuq siyasəti Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalaşdırmağa yönəldi. Belə ki, Ulu öndərin əsasını qoyduğu dövlət quruculuğu siyasətinin mühüm xüsusiyyətlərindən biri dövlətin əbədi mövcudluğunu təmin edəcək zəruri mənəvi dayaqların formalaşdırılması idi. Bununla da, Azərbaycan dövlətinin əsaslarının yaradılmasında məhz Azərbaycan xalqının milli-mənəvi dəyərləri əsas dayağa çevrildi”.
Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan xalqına məxsus dəyərlər ölkə qanunvericiliyində, hüquqi sferada, ilk növbədə, Konstitusiyamızda əksini tapıb. Ana dilinə hörmət, tolerantlıq, mədəniyyətin qorunması kimi məsələlər Ali Qanun başda olmaqla, müvafiq hüquqi sənədlərdə öz əksini tapıb. Azərbaycan xalqının mənəvi dəyərlərini özündə cəmləşdirən azərbaycançılıq ideologiyasının təbliği də bu baxımdan böyük önəm kəsb edir. “Məlumdur ki, milli dəyərlərin ən mühüm daşıyıcısı milli mədəniyyətdir. Mədəniyyətin nəsildən-nəslə ötürülməsi milli dəyərlərin qorunması, yaşadılması deməkdir. Ulu öndərin rəhbərliyi dövründə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin görkəmli xadimlərinin ölməz əsərlərinə, xalqımızın qədimliyinin və zəngin keçmişinin simvolu olan “Kitabi-Dədə Qorqud” dastanına, milli musiqimizə istər ölkə miqyasında, istərsə də beynəlxalq səviyyədə maraq artdı. Milli dəyərlərin təbliği təhsildə də geniş əksini taparaq yeni nəslə ötürülməklə mədəniyyətimizin varisliyi təmin edildi. Sevindirici haldır ki, Azərbaycan bu gün də bu yolda irəliləyir. Milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması dövlət başçısının daim diqqətindədir. Prezident İlham Əliyev Azərbaycan xalqının hər zaman milli-mənəvi dəyərlərinə sadiq olduğunu söyləyib. Dövlət başçısı bəyan edib ki, məhz bu dəyərlər bizi bir xalq kimi qoruyub saxlayıb və bu gün, müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli-mənəvi dəyərlər üzərində həyata keçirilir” - deyə, Hikmət Babaoğlu vurğulayıb.
Baş redaktor qeyd edib ki, Azərbaycandakı dövlət quruculuğu milli dəyərlərə söykənsə də, bu, heç də bəşəri dəyərlərin inkar olunması anlamına gəlmir. Çünki ilk növbədə, öz milli çalarları ilə digər xalqların mədəniyyətlərindən seçilən müasir Azərbaycan mədəniyyəti bəşəri dəyərlərlə də uzlaşır, yeni keyfiyyətlər qazanır. “Bildiyimiz kimi, Azərbaycan Qərbə inteqrasiya edən bir dövlətdir və Azərbaycan cəmiyyəti də dünya mədəniyyətinə açıqdır. Müasir qloballaşma prosesinin təsirləri burada da özünü göstərir. Lakin qloballaşmanın bir parçasına çevrilmək, ümumdünya mədəniyyətinin tərkib hissəsi olmaq milli özünəməxsusluğun, milli mədəniyyətin və dəyərlərin itirilməsi ilə müşayiət olunmamalıdır. Milli şüura və milli mədəniyyətə sahib olan cəmiyyətin yetişməsi qloballaşma mühitində milli-mənəvi dəyərlərin, dövlətçiliyin əhəmiyyətini inkar edən düşüncə tərzinin yayılmasının qarşısını alır. Bu gün Azərbaycan dövlətinin bu məsələdə mövqeyi də dünya ilə harmonik inkişaf fonunda milli dəyərlərin qorunmasından ibarətdir. Prezident İlham Əliyevin fikirlərindən də görünür ki, milli-mənəvi dəyərlər hər şeydən üstün tutulur. Mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və hətta bəzi hallarda assimilyasiyaya uğradığı indiki qloballaşan dünyada Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini mühafizə edərək gələcək nəslə ötürməsi maddi-mənəvi irsimizin öyrənilmə və qorunub saxlanma səviyyəsindən asılı olacaq. Milli irsimizin mühafizəsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasında da öz əksini tapıb”, - deyən Hikmət Babaoğlu gəncləri milli-mənəvi dəyərləri qorumağa çağırıb. Onun sözlərinə görə, bu dəyərlərin qorunmasında və nəsillərdən-nəsillərə ötürülməsində gənclərin üzərinə böyük məsuliyyət düşür.
Daha sonra gənclər bu mövzuda geniş fikir mübadiləsi aparıblar.
Gün ərzində isə “Yay məktəbi”nin iştirakçıları interaktiv və əyləncəli oyunlar təşkil ediblər. Eyni zamanda, gənclər Masallı rayonunda Tarix-Diyarşünaslıq Muzeyini və “İmamzadə” ziyarətgahını ziyarət ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45

