Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə ilə ABŞ arasında yeni nəsil nüvə texnologiyaları ilə bağlı müqavilə imzalanıb

Türkiyə ilə ABŞ arasında yeni nəsil nüvə texnologiyaları ilə bağlı müqavilə imzalanıb

22.09.2026 [21:15]

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar sentyabrın 22-də bildirib ki, Nyu-Yorkdakı Türk Evində keçirilən mərasimdə Türkiyə Nüvə Enerjisi A.Ş. (TUNAS) ilə ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında kiçik modul reaktorlar (SMR) və dördüncü nəsil reaktorlar üzrə qrant müqaviləsi imzalanıb.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, A. Bayraktar “X” sosial media platformasında paylaşımında müqavilənin Türkiyəyə yeni nəsil nüvə texnologiyalarının texniki, iqtisadi və tənzimləyici imkanlarını hərtərəfli qiymətləndirməyə imkan verəcəyini bildirib. O əlavə edib: ”2053-cü ilə qədər xalis sıfır emissiya və tam enerji müstəqilliyi hədəflərinə uyğun olaraq, enerji mənbələrini şaxələndirməyə sadiqik. Genişmiqyaslı atom elektrik stansiyaları layihələrinə əlavə olaraq, ölkəmizin ehtiyaclarına ən uyğun alternativləri diqqətlə araşdıraraq möhkəm və müasir enerji infrastrukturu qurmaq əzmindəyik”.

Paylaş:
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30