“Gənc liderlər” “İstisu” sanatoriyasında
11.07.2013 [14:07]
İyulun 8-də startı verilən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Yay məktəbi”nin üçüncü günü artıq arxada qalıb. YAP-ın 50 fəal gəncin iştirak etdiyi “Gələcəyin liderləri” layihəsinin üçüncü günündə “Yay məktəbi”nin tələbələri intellektual “İce breaker” oyununda iştirak ediblər. Daha sonar tədbir Milli Məclisin deputatı Sədaqət Vəliyevanın rəhbərliyi ilə layihələrin yazılması, donor təşkilatlarla işləmə qaydası, büdcənin təhlili, gənclərin seçkiyə hazırlaşması, öz namizədlərini hansı kiriteriyalara əsasən müəyyən etmələri və dövlətin gənclər siyasəti barədə fikir mübadiləsi, mühazirələrlə davam etdirilib.
Deputat bildirib ki, hər bir gənc namizədini seçərkən onun keçmişini, bu gün və ümumilikdə cəmiyyətimiz üçün gördüyü işləri, cəmiyyətdəki nüfuzunu və digər bu kimi keyfiyyətləri rəhbər tutmalıdır. “Məlumunuz olduğu kimi, Yeni Azərbaycan Partiyasının builki seçkilərdə nəmizədi cənab Prezidentimiz İlham Əliyevdir. Mən sizin hamınızı cənab Prezidentimizə səs verməyə çağırıram. Bunun səbəbi İlham Əliyevin Ümummilli lider, Azərbaycanın qurucusu Heydər Əliyevin kursunu layiqli davam etdirməsi, ölkəmizi qısa zaman kəsiyində böyük inkişafa çatdırması, regionda lider dövlətə çevirməsi, ölkəmizdə sabitliyi qoruyub saxlamasıdır. Hər kəs namizədini seçərkən məhz bu kimi göstəricilərə əsaslanmalıdır”.
Daha sonra gündəliyə əsasən donor təşkilatlarla işləmə qaydaları da “Yay məktəbi”nin tələbələri ilə müzakirə olunub. Bütün sahələrdə olduğu kimi, bu sahədə də şəffaflıq prinsipinə əməl olunması ən vacib amil kimi önə çəkilib. Bildirilib ki, fəaliyyət üçün alınan vəsaitin təyinatı üzrə hara xərclənməsi barədə dolğun məlumatların verilməsi sözsüz ki, şəffaflığın yüksək səviyyədə qorunmasını təmin edir. Təlimlərdəki çıxışlarda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bu istiqamətlərdə müxtəlif layihələr həyata keçirməsi və onların müsbət nəticə verdiyi də xüsusi qeyd olunub. Vurğulanıb ki, YAP rəhbərliyi hər zaman gənclərə dəstək olur. Ölkəmizin uğurlu gələcəyi üçün hərtərəfli formalaşmaq, dərin biliklərə malik olmaq, bilik-təcrübə mübadiləsini yüksək səviyyədə həyata keçirmək, ən əsası birgə səylər göstərməyə çalışmaq ən vacib şərtlərdəndir.
Gənclər diskussiya şəklində davam edən bu kimi təlimlərdə əldə etdikləri biliklərdən, məlumatlardan məmnunluqlarını ifadə edib, bir daha bu gerçəkliyi təsdiqləyiblər ki, “Yay məktəbi” biliklərin mübadiləsinə yardımçı olan layihələrdəndir.
Nahar yeməyindən sonra isə “Gələcəyin liderləri” regionun turizm məkanı olan “İstisu” sanatoriyasına səfər edib. Orada gənclər “İstisu” sanatoriyası, “İstisu” çimərliyi, müalicəvi əhəmiyyətli kükürd tərkibli olan “Mədə bulağı” ilə tanış olublar.
Daha sonra “Viləş” otelə qayıdan YAP-çı fəallar üçün müxtəlif növ idman və intellektual oyunlar təşkil olunub.
Xəbər lenti
Hamısına baxHadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58

