/ / Azərbaycan və Şimali Makedoniya arasında qarşılıqlı əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir
Azərbaycan və Şimali Makedoniya arasında qarşılıqlı əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir
13.03.2025 [14:14]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Son vaxtlar bir çox ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana rəsmi səfərləri respublikamızın beynəlxalq miqyasda etibarlı tərəfdaş və söz sahibi kimi nüfuzunun getdikcə artmasının daha bir əyani təsdiqidir. Bu əlbətdə ki, cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Azərbaycan hazırda beynəlxalq aləmdə etibarlı tərəfdaşlığını daha da möhkəmlətmək üçün ayr-ayrı dövlətlərlə münasibətlərin dinamik inkişafına xüsusi əhəmiyyət verir.
Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də, beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir. Həmin ölkələr sırasında dünyanın siyasi və iqtisadi həyatında, habelə,beynəlxalq münasibətlər sistemində müəyyən nüfuz sahibi olan Şimali Makedoniya da yer alır.
Azərbaycanla Şimali Makedoniya arasında dostluq və əməkdaşlıq münasibətləri durmadan inkişaf edir. Ölkələrimiz arasında siyasi dialoq güclənir, dövlət başçılarının görüşləri bu əlaqələrin dərinləşməsinə təkan verir. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi səfəri zamanı liderlərin verdiyi bəyanatlar əlaqələrin yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə, enerji sahəsində əməkdaşlıq genişlənməkdədir. Azərbaycan qazı artıq Şimali Makedoniyaya çatdırılıb və bu proses davamlı olacaq. Və beləliklə, bu əməkdaşlıq həm də Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Ölkə Prezidenti cənab İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatında vurğuladığı kimi, siyasi dialoq artıq dinamik xarakter almasına baxmayaraq, daha böyük irəliləyişlər üçün hələ də, bir sıra çətinliklər mövcuddur.
Enerji sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirən Prezident İlham Əliyev Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırıldığını və bu təchizatın gələcəkdə artırılmasının mümkün olduğunu qeyd etmişdir. Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir ki, bunların 10-u Avropa ölkələridir. 2023-cü ildə Azərbaycan xarici bazarlara 25 milyard kubmetr qaz tədarük etmişdir və bu rəqəmin gələcəkdə artırılması nəzərdə tutulur. Azərbaycanın enerji siyasətinin strateji əhəmiyyətini vurğulayan dövlət başçısı, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirmişdir. Bu kontekstdə, üç il öncə Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi xüsusi qeyd edilib.
Bu göstəricilər Azərbaycan və Şimali Makedoniya arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsinin potensialını ortaya qoyur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi iki ölkənin maraqlarına tam cavab verir və qarşılıqlı əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasına xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17

