YAP Nizami rayon təşkilatında Heydər Əliyev Məktəbinin növbəti mühazirəsi olub
01.05.2013 [01:29]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev irsini öyrənirik!” Heydər Əliyev Məktəbinin növbəti mühazirəsi olub. Hər zaman Azərbaycanın ictimai-siyasi, eyni zamanda, mədəni və mətbuat sektorunun tanınmış simalarının çıxış etdiyi Məktəbin bu dəfəki qonağı “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində: qlobal çağırışlar və təhdidlər” mövzusunda gəncləri maarifləndirən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, dosent Hikmət Babaoğlu olub.
Hikmət Babaoğlu beynəlxalq münasibətlər sisteminin formalaşması tarixindən başlayaraq, bu günə qədər cərəyan etmiş ən mürəkkəb siyasi və iqtisadi prosesləri təhlil edib, dünyanı idarə edən güclərin geosiyasi və geoiqtisadi planlarını açıb və bütün bunların fonunda Cənubi Qafqazdakı hadisələri və prosesləri detallı şəkildə gənclərin diqqətinə çatdırıb.
Natiq müasir beynəlxalq münasibətlər sisteminin çox sürətlə inkişaf etdiyini və hər gün siyasi-iqtisadi proseslərin şərtlərinin dəyişməyə meyilli olduğunu bildirməklə, Azərbaycanı təhdid edən faktorlardan da söz açıb.
Mühazirədə hazırda milli dövlətləri təhdid edən və onların suverenliyini təhlükə altına alan imperializmin yeni formalarından da danışıb. O, vurğulayıb ki, imperializmin müxtəlif növləri olsa da, onun bu gün daha çox təsir rıçaqlarına malik olan növü informasiya imperializmidir: “Mən onu infoimperializm adlandırıram. Çünki, bu imperializm çərçivəsində dünyanı idarə edənlər maddi resurslardan daha çox informasiya seqmentindən istifadə edirlər. Bunu isə şəbəkə formasında, daha çox transmilli media orqanları, sosial şəbəkələr, bütövlükdə, sosial media vasitəsilə reallaşdırırlar. Məhz, bunun nəticəsidir ki, infoimperializmin siyasi idarəetmə forması kimi netokratiya meydana gəlib”.
Sonra alim gənclərin beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri və roluna, ölkə diasporunun fəaliyyətinə, anti-Azərbaycançı mərkəzlərin və radikal müxalifətin oyunlarına, eyni zamanda, dövlətimizin perspektiv inkişafına dair suallarını cavablandırıb.
Tədbirin sonunda Hikmət Babaoğlu müəllifi olduğu kitabını imzalayaraq, YAP Nizami rayon təşkilatının “Heydər Əliyev adına Kitabxana”sına bağışlayıb.
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

