“Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihəyə yekun vurulub
09.12.2024 [11:40]
Yeni Azərbaycan Pariyası (YAP) Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Anım gününə həsr olunmuş “Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihəyə yekun vurulub.
Layihənin keçirilmə məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin gənclərə öyrədilməsi və gənclərin ölkənin sosial, iqtisadi və siyasi həyatında fəal iştirak etməyə təşviq edilməsi, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişafı sahəsində müasir Azərbaycan gəncliyinə inkişaf, bilik və vətənpərvərlik kimi ali dəyərlərin aşılanmasıdır.
Layihənin son gününün məruzəçisi Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Heydər Əliyevin həyat və fəaliyyəti əsil dövlətçilik məktəbidir” mövzusunda çıxış edərək bildirib ki, Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası xalqımızın birliyini, cəmiyyətdə dövlətçilik və vətənpərvərlik şüurunun inkişafını təmin etmiş, bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə dayaq olmuş, xalqı ardınca aparmış, gənclərə hər zaman yüksək dəyər vermişdir.
Üç günü əhatə edən siyasi kursun məruzəçiləri Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" ictimai birliyinin sədri Zərifə Quliyeva, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisinin deputatı Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü Amin İsmayılov olmuşdur.
“Heydər Əliyev: Zaman, şəxsiyyət və əbədiyyət faktoru”, “Heydər Əliyev və gənclər siyasəti”, “Elm və təhsilin inkişafında Heydər Əliyev mərhələsi” mövzularında çıxış edən natiqlər Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi haqqında dolğun məlumat veriblər.
Layihədə gəncləri maraqlandıran suallar ətrafında geniş fikir mübadilələri aparılıb.
Sonda layihədə iştirak edən gənclərə Fəxri Diplomlar təqdim olunub.
Qeyd edək ki, siyasi kursda Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının və Xəzər Universitetinin tələbələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04

