YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında partiya üzvlərilə görüş keçirilib
04.12.2024 [18:17]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 83A” ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
ARDNŞ-nin Geofizika və Geologiya İdarəsində keçirilən görüşdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyularaq, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Görüşdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İclası giriş sözü ilə ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov açaraq partiya üzvlərini salamlayıb və cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının keçdiyi çətin, şərəfli yoldan danışıb. Bildirib ki, YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib.
Çıxışlardan öncə tədbirin sədrliyi partiyanın veteran üzvü, ARDNŞ üzrə ərazi partiya təşkilatının sədri Ağaəli Hüseynova təqdim olundu. Ağaəli Hüseynov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan bəhs edib. O, bildirib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. A. Hüseynov qeyd edib ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləməsi vurğulanıb.
Sonra Ağaəli Hüseynov iclasın gündəliyini elan edib. Gündəlikdə olan əsas məsələ ərazi partiya təşkilatına yeni sədrin və müavinin seçilməsinə zərurətin yaranması olub. Gündəlikdə olan məsələlər səsə qoyulub, yekdil səslə Heydər Kazımov ərazi partiya təşkilatının sədri, Ruslan Məmmədov isə sədr müavini seçiliblər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərəkbildirib ki, 1992-ci ildə ulu öndər Heydər Əliyevin ətrafında yaradılmış Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına çevrilib və 32 ildir ki, partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edir. Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni, müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. Elçin Quliyev qeyd edib ki, partiyanın VII qurultayından sonra YAP-da bir sıra mühüm struktur və funksional dəyişikliklər olub. Yeni Azərbaycan Partiyası ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış etdiyini təşkilat sədri vurğulayıb.
Elçin Quliyev yeni seçilən heyətə uğurlar arzulayıb və öz tövsiyyələrini verib. Sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50

