COP29 Azərbaycanın növbəti uğurudur
15.11.2024 [15:24]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
İlk növbədə birmənalı olaraq qeyd etmək lazımdır ki, keçən ilin dekabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu qazanması böyük uğurdur. Bununla əlaqədar Ölkə Prezidenti cənab İlham Əliyev noyabrın 12-də Bakıda öz işinə başlamış COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edərkən bildirmişdir ki, bu qərarı dünyanın 200 ölkəsi yekdilliklə qəbul etmişlər və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad göstərilmişdir. Təəssüflər olsun ki, Qərbin bəzi anti-Azərbaycan dairələri bu qərarın qəbul olunmasından dərhal sonra ölkəmizə qarşı onsuz da hər zaman nümayiş etdirdikləri ikili standartlar siyasətini daha da gücləndirdilər. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, özünü müstəqil QHT adlandıranlar, bəzi siyasətçilər və feyk-xəbər mediası ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa giriblər. Ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar. Lakin Azərbaycan hər zaman son sözü demək hüququnu özündə saxlayır. Cənab Prezident İlham Əliyev də COP29-u boykot etməyə çalışan dairələrə öz mesajını bu ifadələrlə verdi: “Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”. Ölkəmiz Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovuşduğu məkanda yerləşməklə müxtəlif dövlətlər və xalqlar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərinin salınmasına böyük töhfələr verəcək.
Beləliklə, anti-Azərbaycan qüvvələrin bütün səyləri yenə də boşa çıxdı. COP29 öz işinə başladı və dünya ictimaiyyətinin bu qlobal tədbirdən böyük gözləntiləri var. Təbii ki, tədbirin ev sahibi kimi, Azərbaycanın bir çox məsələlərə dair mövqeyi iştirakçı ölkələri son dərəcə maraqlandırır. O cümlədən ölkəmizin Yaşıl Enerji gündəliyi, bərpaolunan enerji layihələri yüksək effektivliyi ilə bu gün hər kəsin diqqətini cəlb edir. Dövlətimizin başçısı öz çıxışında bu sahə ilə də bağlı önəmli açıqlamalar təqdim edərək bildirdi ki, Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və nəqliyyat xəritəsini tamamilə dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
Ölkəmizin bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialı var. Bu potensial həm Xəzər dənizində, həm də ölkənin quru ərazilərində mövcuddur. Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməyi planlaşdırır. Cənab Prezident bu məsələni də diqqət mərkəzinə çəkərək bildirdi ki, Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək. Bunun sayəsində Azərbaycan yaşıl enerjini Avropaya nəql edəcək. Bu kabelin texniki potensialı və imkanları iki giqavat olacaqdır və bu, yalnız başlanğıcdır.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

