Milli qürur mənbəyimiz
14.11.2024 [15:18]
Rövşən Qayayev,
YAP Qazax rayon təşkilatının əməkdaşı
Artıq neçə ildir ki, ölkəmiz Dövlət Bayrağı Gününü fərqli əhvali-ruhiyədə - qalib xalq, qalib dövlət olaraq qeyd edir. Bu gün üçrəngli müqəddəs bayrağımız müstəqil, suveren Azərbaycanımızın bütün ərazisində dalğalanır.
Qədim və zəngin dövlətçilik tariximizdə mövcud olan çoxlu bayraqlarımızın üzərində köklərimiz, gücümüz müxtəlif işarələrlə ehtiva olunub. İndiki bayrağımızın qəbul edilməsinin isə bəlli bir tarixi var. Azərbaycan istiqlalının ideoloqlarından biri olan Əli bəy Hüseynzadə milli köklərimiz olan türklüyü, inkişafımız üçün zəruri olan müasirliyi, modernləşməni və mənəvi köklərimiz olan İslamı təməl olaraq irəli sürüb. Cümhuriyyət xadimləri isə onu qəbul edərək bayraq halına gətiriblər.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı haqqında hökumət qərarı 1918-ci il iyunun 24-də müvəqqəti paytaxt olan Gəncədə verilib. Osmanlı bayrağına bənzəyən ilk dövlət bayrağı qırmızı rəngdə idi, üstündə aypara və səkkizguşəli ulduz əks edilmişdi. Fərq yalnız Osmanlı bayrağında olan beşguşəli ulduzda idi. Bu bayraq həmin il noyabrın 9-dək mövcud olub.
İndiki üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Cümhuriyyət hökumətinin qərarı ilə qəbul edildi. Eni 1, uzunluğu 2 metr olan bayrağın üzərində olan göy rəng milli köklərimizi - türklüyümüzü, ucalığımızı, əbədi varlığımızı, qırmızı rəng müasirliyi, yeniləşməni, demokratiyanı, yaşıl rəng isə mənəvi köklərimiz olan İslam dininə mənsub olduğumuzu bildirir. Bayrağımızda olan aypara yeni yaranmış müsəlman ölkəsi anlamına gəlir. Dövlətimiz dünyəvi, demokratik olsa da, ölkəmiz müsəlman ölkəsidir.
Bayrağımızdakı səkkizguşəli ulduzun tarixi kökləri olduqca qədimə gedib çıxır. İslama qədərki bir sıra tarixi abidələrdə səkkizguşəli ulduza rast gəlinir. Müsəlman olmayan bəzi xalqların da qədim abidələrində səkkizguşəli ulduz vardır. Bu, həyatın davamlılığı, əbədiyyət, millətin və dövlətin daim var olması anlamına gəlir.
1920-ci il aprelin 28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində Cümhuriyyət süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra üçrəngli bayraqdan imtina olundu. Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı qəbul edildi. Sovet hakimiyyəti illərində bu bayraq da bir neçə dəfə dəyişdirildi.
Dövlət müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımıza yeni həyatın verilməsi, ilk dəfə rəsmi dövlət bayrağı kimi qəbul edilməsi məhz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında hələ SSRİ-nin, sovet sisteminin, kommunist ideologiyasının mövcud olmasına baxmayaraq, muxtar respublikanın adından “Sovet Sosialist” ifadələri çıxarıldı, “Ali Sovet” “Ali Məclis” adlandırıldı, Azərbaycan SSR-in dövlət bayrağından imtina edildi və Cümhuriyyətin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul edildi. Bu, sadəcə sovet Azərbaycanın rəmzindən imtina edilməsi və digərinin qəbul olunması demək deyildi. Üçrəngli bayraq XX əsrdə ilk müstəqil dövlətimizin atributu olduğundan onun qəbulu da SSRİ tərkibində olmağa qarşı çıxmaq, müstəqil yaşamaq, dövlət müstəqilliyinin təməlinin qoyulması demək idi. Bununla da qədim diyarımız olan Naxçıvan müasir, müstəqil Azərbaycan dövlətinin təməllərinin rəsmi şəkildə qoyulduğu bir məkan, onun memarı isə Ulu Öndər Heydər Əliyev oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həmin iclasında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Cümhuriyyətin bayrağını Azərbaycanın dövlət bayrağı olaraq qəbul etsin. Vəsatətə baxan Ali Sovet 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul etdi. Eyni zamanda, Azərbaycan SSR Azərbaycan Respublikası adlandırıldı”.
Möhtərəm Prezident İlham Əliyev cənablarının 2009-cu il noyabrın 17-də imzaladığı “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncama əsasən noyabrının 9-nun Dövlət Bayrağı Günü elan edilməsi ilə dövlətçiliyimizdə varislik və ənənə yaradıldı. Cümhuriyyət hökumətinin dövlət bayrağımız haqqında qərar qəbul etdiyi 9 noyabr tarixi noyabrın 17-də (yəni bu bayrağın ilk dəfə rəsmi olaraq 1990-cı il noyabrın 17-də qəbul edildiyi günlə eyni gündə) imzalanan sərəncamla ölkəmizdə Dövlət Bayrağı Günü bayram və qeyri-iş günü olaraq təsis edildi. Əlbəttə ki, bu dövlətçilik tariximizə böyük hörmət və ehtiramın təcəssümü idi.
Bu gün üçrəngli müqəddəs bayrağımız xarici ölkələrdə səfirliklərimizin, konsulluqlarımızın, Azərbaycanın üzv olduğu beynəlxalq və regional təşkilatların binalarının qarşısında, dünya okeanında üzən gəmilərimizin üzərində, düşmən işğalından azad edilən bütün torpaqlarımızda dalğalanır. Ölkəmizdə gənc nəslin vətənpərvərlik və dövlətçilik uğrunda tərbiyə edilməsində müstəsna rol oynayan Dövlət Bayrağı muzeyləri yaradılıb. Üçrəngli müqəddəs Dövlət Bayrağımız milli qürur mənbəyimizdir.
Xəbər lenti
Hamısına baxSiyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10

