/ / YAP Quba rayon təşkilatında “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib
YAP Quba rayon təşkilatında “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib
07.11.2024 [18:01]
6 noyabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib. Konfransda Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ərazi partiya təşkilat sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, partiya fəlları iştirak edirdi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov konfrans iştirakçılarını salamlayıb, 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşdiyini vurğulayıb.
Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov qələbənin təməlini təşkil edən şəhidlərimizin, qazilərimizin rolundan danışaraq qeyd etdi ki, bu qələbəni bizə yaşadan hər bir qəhrəman şəhidimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Bu şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün daima örnək olacaqdır.
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova 8 Noyabr - Zəfər Günü münasibətilə öz təbriklərini çatdıraraq qeyd etdi ki, bu gün xalqımız bu böyük tarixi qələbənin xoşbəxtliyi və sevincini yaşamaqdadır. Fidan xanım bildirdi ki, Vətən müharibəsində qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsidir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun rəşadəti erməni vandalizminə son qoydu. Ermənistan ordusu döyüş meydanında cəmi 44 gün ərzində diz çökdü. Azərbaycan xalqı Qarabağa və Qarabağ ətrafındakı dədə-baba yurdumuz olan torpaqlara qovuşdu.
Vətən Müharibəsi Qəhrəmanı, Şəhid Şahin Allahyarovun anası Nərgiz Allahyarova, Vətən müharibəsi qazisi Taryel Ağasiyev çıxış edərək xalqımıza bəxş etdiyi böyük Qələbəyə, Azərbaycanımızın daha da qüdrətlənməsi və çiçəklənməsi naminə şərəfli fəaliyyətinə, habelə şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkürlərini və sonsuz minnətdarləqlarını bildiriblər.
Konfransda partiya sıralarına yeni qəbul olunmuş Şəhid anasına partiya vəsiqəsi təqdim olundu. Daha sonra Azərbaycan Dövlət Pedagoji Universitetin Quba filialının tələbələri Vətənə, orduya, bayrağa həsr olunmuş şeirlər səsləndiriblər. Zəfər Gününə həsr olunmuş konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatdı.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

