Sərhədlərimiz etibarlı qorunur
05.02.2013 [01:14]
YAP Nəsimi rayon təşkilatı və partiyanın Gənclər Birliyinin birgə təşəbbüsü ilə DSX-nin hərbi hissəsində görüş keçirilib
2 fevral - Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı və partiyanın Gənclər Birliyinin birgə təşəbbüsü ilə Dövlət Sərhəd Xidmətinin Xəzər rayonu Türkan qəsəbəsində yerləşən N saylı hərbi hissəsində sərhədçilərlə görüş keçirilib. Hərbi hissənin rəis müavini Rza Rzayev gəncləri bayram münasibətilə təbrik edib. R.Rzayev Azərbaycanın dövlət sərhədlərinin etibarlı şəkildə qorunduğunu bildirib. O qeyd edib ki, Azərbaycan xalqı sərhədçilərə əminliklə güvənə bilər: “Biz Vətənimizin keşiyində ləyaqətlə dayanmışıq. Bundan sonra da öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq”.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan sərhədçilərinə, hərbi hissənin şəxsi heyətinə fəaliyyətlərində uğurlar arzulayıb. Vətənin keşiyində dayanmağı çox şərəfli və məsuliyyətli iş kimi dəyərləndirən S.Orucovun sözlərinə görə, hərbi xidmətdə olanların böyük əksəriyyəti gənclərdən ibarətdir. YAP Gənclər Birliyinin sədri Azərbaycan gənclərinin torpaqlarımızı hər an işğaldan azad etməyə hazır olduqlarını deyib. “Biz çox sevinirik ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mən deyərdim ki, cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Dövlətimizin siyasətində gənclər məsələləri mühüm yer tutur. Yəni, Azərbaycanın maliyyə-iqtisadi imkanları artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncləri ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyətləri ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir” - deyə, S.Orucov vurğulayıb.
Çıxış edən YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Sərraf Hüseynov belə tədbirlərin davamlı olduğunu deyib. Onun sözlərinə görə, partiyanın Nəsimi rayon təşkilatı mütəmadi olaraq hərbi hissələrə gedərək əsgər və zabitlərlə görüşür. S.Hüseynov vətənin keşiyində dayanan hərbçilərə hər zaman mənəvi dəstəyin göstərilməsinin zəruri olduğunu vurğulayıb.
Daha sonra tədbirdə YAP Gənclər Birliyinin üzvləri olan sənət adamları Fidan Hüseynova və Alim Məmmədovun ifasında musiqi proqramı təqdim olunub. Eyni zamanda, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
YAP Gənclər Birliyinin üzvləri, həmçinin, Dövlət Sahil Mühafizə Xidmətinin qərargahı, muzeyi, tədris mərkəzi və ən müasir texnika ilə təchiz edilmiş müşahidə mərkəzi ilə tanış olublar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57

