Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi gündən-günə möhkəmlənir
29.10.2024 [13:18]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bugün müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb.Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Milli maraqlara əsaslanan xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb.
Məhz Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin oktyabrın 23-də Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən siyasi, iqtisadi, təhlükəsizlik, humanitar və digər məsələlərin müzakirə edildiyi XVI BRICS Sammitində iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevi dəvət etməsi bunun əyani təzahürüdür.
Hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. BRICS Sammitində 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak edib. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.
Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycanın çoxşaxəli beynəlxalq əməkdaşlıq prinsipinə sadiqliyini və Qoşulmama Hərəkatına sədrliyi dönəmində qlobal münasibətlərdəki rolunu qeyd edib. Bu mövqe ölkəmizin Cənubi Qafqazda və Avrasiya regionunda mühüm tranzit və logistika mərkəzi kimi rolunu təsdiqləyir. Prezident İlham Əliyev xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycanın üzərindən keçməsi ilə ölkənin beynəlxalq yükdaşımalar və iqtisadi əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb.
Dövlət başçısının çıxışı BRICS kimi böyük iqtisadi blokun diqqətini ölkəmizə yönəltməklə yanaşı, enerji və iqlim məsələlərində də əməkdaşlıq potensialını önə çəkir. Noyabr ayında Bakıda keçiriləcək COP29 konfransının ev sahibi kimi Azərbaycan qlobal iqlim dəyişikliyi məsələlərində həm Qlobal cənub, həm də Qlobal şimal arasında körpü rolunu oynayacağını nümayiş etdirir. Bu, çoxtərəfli əməkdaşlıq platformalarında Azərbaycanın bundan sonra da fəal rol oynayacağını və davamlı inkişaf üçün potensialını artıracağını göstərir.
Azərbaycanın BRICS ilə əməkdaşlığın intensivləşməsində maraqlı olması onun dünya siyasətinə və beynəlxalq münasibətlər məsələlərinə balanslaşdırılmış yanaşma strategiyasının məntiqi davamıdır. Bu, xüsusilə beynəlxalq münasibətlərin indiki mərhələsində, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı qeyd etdiyi kimi, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasının demək olar ki, tamamilə məhv edildiyi bir vaxtda daha aktualdır.
Azərbaycanın BRICS+ formatında iştirakı təkcə iqtisadi deyil, həm də diplomatik baxımdan strateji əhəmiyyətə malikdir. Bu iştirak Azərbaycanın beynəlxalq təşkilatlar və regional əməkdaşlıq formatlarında artan nüfuzunu və aktiv rolunu nümayiş etdirir. Azərbaycan müstəqil və balanslı xarici siyasət yürüdən bir ölkə kimi, qlobal məsələlərdə müsbət rol oynamağa çalışır və bu istiqamətdə BRICS kimi nüfuzlu platformalarla əməkdaşlıq onu dünya siyasətində daha güclü mövqeyə gətirir.
Kazanda keçirilən BRICS sammiti qlobal səviyyədə ədalətli və çoxqütblü dünya nizamının qurulmasına yönəlmiş mühüm diplomatik tədbir kimi yadda qaldı. Ölkəmizin bu mötəbər beynəlxalq tədbirdə layiqincə təmsil olunması, Sammit zamanı Azərbaycan Prezidentinə göstərilən diqqət və ehtiram birbaşa ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi kimi qəbul edilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

