/ / Artan gücümüz və beynəlxalq nüfuzumuz dünya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə yeni perspektivlər yaradır
Artan gücümüz və beynəlxalq nüfuzumuz dünya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə yeni perspektivlər yaradır
25.10.2024 [15:09]
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Azərbaycanın gücünün və iqtisadi qüdrətinin artması beynəlxalq nüfuzunun yüksəlməsinə və dünya dövlətlərini ölkəmizlə əməkdaşlıq etməyə sövq edir.
Məhz Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin oktyabrın 23-də Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə keçirilən siyasi, iqtisadi, təhlükəsizlik, humanitar və digər məsələlərin müzakirə edildyi XVI BRICS Sammitində iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevi dəvət etməsi bu qəbildəndir.
Bu il BRICS-ə rəhbərlik Rusiyadadır və Moskva Bakını BRICS-ə qəbul olmaqda dəstəkləyir. Azərbaycan Rusiya ilə yaxın müttəfiqdir və hətta iki il əvvəl imzaladığı bəyannamə ilə qarşılıqlı öhdəlik götürüb ki, beynəlxalq məsələlərdə eyni və ya yaxın mövqe nümayiş etdirsinlər. Bizim niyyətimiz BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir və BRICS-ə üzvlük Azərbaycan üçün Rusiya və Çinlə əməkdaşlığın daha da genişləndirmək üçün platforma ola bilər.
BRICS geosiyasi məsələlərdən uzaq duraraq, əsasən iqtisadi əməkdaşlığa, çoxtərəfli ticarətə və inkişafa hədəfləndiyini bəyan edir. BRICS ölkələri dünya üzrə istehsalın böyük həcminə malik olduğundan Azərbaycanın bu təşkilata üzvlüyü ona böyük ixrac imkanları qazandıra bilər və bu üzvlük Azərbaycana həm də təhlükəsizlik qaranti verəcək. Azərbaycan Orta Dəhlizin tərkib hissəsi olmaq və Çindən malların öz üzərindən Avropaya daşınacağına ümid edir.
Prezident İlham Əliyevin bu tarixi səfəri Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlərə və müzakirə edilən məsələlərə diqqət yetirsək bunu aydın şəkildə görərik. Cənab İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında bir daha Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatıldılar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Hazırda əsas məqsədlərdən biri BRICS-in tərkibini genişləndirməklə beynəlxalq nüfuzunu artırmaqdır. 30-a yaxın ölkə quruma üzv olmaq istəyini bildirib ki, onlardan biri də Azərbaycandır. Ölkəmizin iqtisadi müstəqilliyi, həmçinin siyasi nüfuzunun günbəgün artması, xarici siyasətində öndə saxladığı prinsiplər bu istəyinin reallığa çevrilməsində əhəmiyyətli rol oynayacaq. Tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpa olunmasından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu diqqətdən kənarda qalmır. Bunu qarşılıqlı səfərlərin dinamikası ilə yanaşı, dövlətimizin başçısı İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlər də təsdiqləyir. Azərbaycanın bu və ya digər məsələlərlə bağlı mövqeyinə verilən böyük önəm sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirir.
Qeyd edək ki, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi xarici siyasətimizin prioritet istiqamətlərindəndir. Öncə regional çərçivədə əlaqələrin qurulmasına xüsusi önəm verən Azərbaycan sonrakı dövrlərdə münasibətlərin daha geniş coğrafiyanı əhatə etməsinə səy göstərdi. Cənab İlham Əliyev XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
Yeri gəlmişkən, Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu iqtisadi imkanlar siyasi mövqeyinin daha da möhkəmlənməsində öz sözünü deyir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu göz qabağındadır. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Azərbaycanın hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi davamlı uğurlarında mühüm rol oynayır. Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır ki, bu istiqamətdə də ölkəmizin malik olduğu potensial, əlaqələrin qurulması istiqamətində atdığı addımlar təqdir edilir. Hər bir çağırış yeni əməkdaşlıq formatının yaradılmasına yol açır. Ölkəmiz bu gün dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Dövlətimizin başçısı İlham Əliyevin sözügedən sammitdə qeyd etdiyi kimi, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri ərazimizdən keçir. Azərbaycan yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə daim xüsusi diqqət göstərir. Ölkəmizin bu sahədə qazandığı uğurlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını şərtləndirir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərində də yol-nəqliyyat infrastrukturunun yenilənməsi əsas hədəflər sırasındadır. Üç Beynəlxalq Hava Limanının bu ərazilərdə tikilməsi özündə mühüm məqamları ehtiva edir. Azərbaycan beynəlxalq təcrübəyə əsaslanaraq tranzit ölkə kimi öz imkanlarını təqdim edir. Bu, ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırır.
Artan gücümüzün və beynəlxalq nüfuzumuzun dünya dövlətləri ilə əməkdaşlığı genişləndirməsinə rəğmən qeyd etmək yerinə düşər ki, bu ilin noyabr ayında məhz Bakıda keçiriləcək COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir. Ölkəmiz istər iqlim dəyişikliyi ilə bağlı, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27

