“18 Oktyabr - Müstəqilliyin bərpası günü” mövzusunda tədbir keçirilib
18.10.2024 [17:20]
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə “18 Oktyabr -Müstəqilliyin bərpası günü ” mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin müdafiəsi naminə canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Xəzər Rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Təhsil işçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, 125 nömrəli orta məktəbin direktoru Zeynəb Əliyeva və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirdi ki, 1991-ci ilin oktyabr ayının 18-də qəbul edilmiş Konstitusiya Aktı ilə ölkəmizin dövlətçilik ənənələrinin yenidən bərpasında və müstəqilliyimizin təsdiq olunmasında əhəmiyyətli tarixi addım atıldı. Müstəqilliyimizin gücləndirilməsi mərhələsində dünyəvi, hüquqi və demokratik dövlətin formalaşdırılması yönündə həyata keçirilən əsaslı tədbirlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin inkişafı və gücləndirilməsi məqsədilə ardıcıl islahatlar aparılır.
Daha sonra Təhsil işçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov bildirdi ki, Müstəqilliyin Bərpası Günü xalqımızın tarixində ən qürurverici səhifələrdən biridir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət suverenliyinin gücləndirilməsi istiqamətində atılan hədəfli addımlar, Azərbaycanın bu günkü nailiyyətlərinin ən möhkəm bünövrəsini təşkil edib.
125 nömrəli orta məktəbin direktoru Zeynəb Əliyeva çıxış edərək qeyd etdi ki, Müstəqilliyin Bərpası Günü Azərbaycan Respublikasının önəmli milli bayramlarından biridir. Bu gün xalqımız üçün dərin tarixi əhəmiyyət kəsb edir və ölkənin suverenliyini yenidən qazanması ilə bağlıdır. Müstəqilliyin Bərpası Günü, xalqımızın dövlətçilik və azadlıq yolundakı mübarizəsinin simvolu kimi dəyərləndirilir. Azərbaycanın bu günkü suveren və müstəqil dövlət kimi mövcudluğu məhz həmin günün nəticəsində meydana gəlmişdir.
Gənc fəallar Səkinəxanım Həsənzadə və Turan Zeynalzadə diqqəti 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının əhəmiyyətinə yönəldiblər.
Sonda Yeni Azərbaycan Partyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10

