Sanksiyaların tətbiqi onu göstərdi ki, hər hansı bir ciddi nəticə əldə etmək mümkün deyil
14.10.2024 [17:09]
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə gəlib. Səfər çərçivəsində dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşlər keçirib, iki dövlət arasında əlaqələrin daha da möhkəmlənməsi, həmçinin bir sıra beynəlxalq məsələlər müzakirə edilib. Bu gün Azərbaycan regionun əsas siyasi və iqtisadi güc mərkəzinə çevrilib. Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanı bu qarşıdurmalardan kənarda saxlamağı bacarıb. Ermənistandan fərqli olaraq, dövlətimiz öz milli təhlükəsizliyini təmin etməkdədir. Vətən müharibəsi təkcə işğalçı üzərində qələbə deyildi. O, həm də, işğalçını həvəsləndirən bəzi siyasi liderlərin məğlubiyyəti idi. Bu, Ermənistanla bərabər, bır sıra Qərb liderlərinin Azərbaycan Prezidentinə şəxsi məğlubiyyəti idi. Bu məğlubiyyəti həzm edə bilməyən həmin bu qüvvələr ölkəmizə qarşı təzyiq və təhdid cəhdlərindən əl çəkmirlər. Buna misal kimi bir qədər əvvəl ABŞ Senatının 60 nümayəndəsinin Dövlət katibi Antoni Blinkenə müraciətini göstərmək olar. Bu müraciət Birləşmiş Ştatların ölkəmizə qarşı növbəti təzyiq cəhdi adlandırırılmalıdır. Noyabr ayında ölkəmizdə keçiriləcək COP29 kimi mötəbər tədbir hazırda bir fürsət kimi istifadə edilib. İnsan hüquqları və demokratiyadan təzyiq vasitəsi kimi istifadə etməyə çalışan ABŞ isə öz ölkəsində insan hüquqlarının boğulan səsindən danışmır.
Moskvada keçirilən və Prezident İlham Əliyevin iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında dövlətimizin başçısı həm də gələn ay Azərbaycanda keçiriləcək mötəbər beynəlxalq tədbir olan COP29-la bağlı məsələlərə toxunub. Bildirib ki, iki yüzə yaxın ölkənin COP29-un Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk”.
Həmçinin, oktyabrın 8-də Rusiya Federasiyasına səfəri zamanı Prezident İlham Əliyev Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verərək xarici siyasət sahəsində bəzi məsələlərə aydınlıq gətirib. Qeyd edilib ki, ölkəmiz istənilən sanksiyalara qəti şəkildə qarşıdır və beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Azərbaycan milli səviyyədə özünə qarşı, həm də tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edir. Prezident İlham Əliyev bildirib ki, “Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”. Sanksiyaların tətbiqi onu göstərdi ki, hər hansı bir ciddi nəticə əldə etmək mümkün deyil. Tətbiq formalarının özü hüquqa ziddir. Heç bir dövlətin başqa bir xalqın öz vergiləri hesabına formalaşmış maliyyə resursunu məhdudlaşdırmağa hüququ yoxdur. Amerika Birləşmiş Ştatları üçün beynəlxalq hüquqi dəyərlər tamamilə formaldır. Amerikanın özünəməxsus hüquqları var və bu hüquqların real, beynəlxalq hüquqla, ədalətlə heç bir əlaqəsi yoxdur. Təəssüf ki, sanksiyanın tətbiq edilməsi məsələsində də bütün digər məsələlərdə olduğu kimi, Amerika Birləşmiş Ştatları ikili standartlara istinad edir. Məsələn, Rusiyaya sanksiya tətbiq etdiyi, sanksiyaları bir cəza kimi gördüyü halda, həmin sanksiyaları pozan şirkətləri "qara siyahı"ya aldığı halda, sanksiyaları pozan Ermənistana heç bir cəza tətbiq etmir, buna göz yumur. Nəticə etibarı ilə sanksiyaların tətbiqi ilə bağlı əldə edilmək istənilən səmərəlilik itir, eyni zamanda ikili standartlar yaranır. Yəni kimsə, hansısa subyekt sanksiyanı pozursa, o, cəzalandırılır, başqa bir subyekt isə mükafatlandırılır. Məsələnin mahiyyəti bundan ibarətdir.
Xəbər lenti
Hamısına baxSosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04

