Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir
27.08.2024 [11:20]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Azərbaycan region və dünya ölkələri ilə hər zaman dostluq, tərəfdaşlıq prinsipləri əsasında əlaqələr qurmaqdadır. Bu gün Azərbaycanın siyasi kursu dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir. Çünki ölkə Prezidenti cənab İlham Əliyevin həm daxili, həm də xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prizmalarına əsaslanır. Azərbaycan müasir Beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi dünyanın siyasi arenasında özünəməxsus çəkiyə malik olan bir ölkədir və öz milli maraqlarına uyğun olaraq Beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir.
Bu gün Azərbaycan regionda, Cənubi Qafqazda, Mərkəzi və Orta Asiya ölkələri ilə siyasi, iqtisadi və bir çox sahələr üzrə əməkdaşlıq əlaqələrinə malikdir.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin 23 avqust tarixində Özbəkistanda rəsmi səfəri və səfər zamanı mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər iki dost ölkə arasında yüksək inkişaf və əməkdaşlıq əlaqələrinin bariz nümunəsidir. Dövlət Başçısı cənab İlham Əliyev mətbuata verdiyi bəyanat zamanı bildirmişdir ki, “Müxtəlif dövrlərdə, xüsusən son illərdə Özbəkistana dəfələrlə səfər etmişəm. Şavkat Miromonoviçin rəhbərliyi ilə özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə görürəm və buna şadam. Şəhərlər gözəlləşir, sənaye fəal inkişaf edir. Keçən səfərimdə biz Daşkənddə birlikdə böyük sənaye kompleksində olduq. Bütün bunlar müdrik siyasətin, xarici investisiyaların cəlb edilməsinin, əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir. Bugünkü Özbəkistan sosial-iqtisadi inkişaf üzrə aparılan gündəlik iş, çoxlu sayda sosial layihələrlə səciyyələnir. Həmçinin bütün bunlara ölkənin beynəlxalq arenada nüfuzunun artmasını da əlavə etmək olar. Bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik. Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü özbək idmançılarının Yay Olimpiadasında tarixi uğuru oldu, onlar çoxlu medal qazandılar, onlardan 8-i qızıldır, həm də müsəlman ölkələri arasında birinci və dünyada 13-cü yeri tutdular. Bu, tarixi nailiyyətdir. Sizi bu münasibətlə Azərbaycan xalqı adından bir daha təbrik etmək istərdim.”
Ümumilikdə Azərbaycan və özbək xalqlarının dostluğu qədim tarixi köklərə bağlıdır. Beləki bu iki qardaş və dost xalqların türk mənşəli olması əsas amillərdən biridir. Eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edib.
Qeyd etmək lazımdır ki, Azərbaycan-Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub və Ulu Öndər Heydər Əliyevin uğurlu diplomatiyası sayəsində bu iki ölkə arasındakı münasibətlər sonrakı mərhələlərdə yüksələn xətt üzrə inkişaf etdirilmişdir.
Prezident cənab İlham Əliyevin hakimiyyəti dövründə isə bu münasibətlər çoxşaxəli əməkdaşlıq prinsipləri əsasında uğurla davam etdirilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

