YAP gəncliyin inkişafı üçün bütün imkanları yaradır
06.11.2012 [00:53]
YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə görüş keçirib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri ilə görüş keçirib. Görüşdə çıxış edən YAP ADİU ilk ərazi partiya təşkilatının sədri Zəfər Bayramov partiyanın 20 illik yubileyi ərəfəsində belə bir görüşün keçirilməsinin əhəmiyyətli olduğunu bildirib. O qeyd edib ki, YAP Gənclər Birliyi son illər fəaliyyətini daha da gücləndirib. İlk təşkilatda 3977 nəfər YAP üzvünün olduğunu xatırladan Z.Bayramov onların da 70 faizinin gənclər olduğunu vurğulayıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov partiyanın 20 illik yubileyi münasibətilə tələbə-gəncləri təbrik edib. YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını deyən S.Orucov 20 illik yubileyin ümumrespublika səviyyəsində qeyd olunduğunu bildirib. YAP Gənclər Birliyinin sədri rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında geniş məlumat verib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası öz fəaliyyətində daim gənclərlə bağlı məsələlərə xüsusi diqqət yetirir: “Bilirsiniz ki, YAP ümumxalq partiyası olaraq məhz insanların maraqlarını ifadə edir. Partiyamızın ideya və prinsipləri müstəqil, demokratik və güclü dövlət, eyni zamanda, insanların yüksək rifahının təmin edilməsindən ibarətdir. Partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev bu istiqamətdə uğurlu siyasət həyata keçirir. Bu siyasəti nəinki YAP üzvləri, ölkə vətəndaşlarının mütləq əksəriyyəti dəstəkləyir. Cəmiyyətimizin aparıcı qüvvəsi olaraq gənclərimiz Azərbaycanın inkişaf siyasətinin fəal dəstəkçisi olmaqla bərabər, bu siyasətin təbliğatında da aktiv rol oynayırlar. Bu gün dövlətimiz, o cümlədən, Yeni Azərbaycan Partiyası gənclərimizin öz bilik və bacarıqlarını ifadə etmək üçün bütün imkanları yaradıb. Hazırda partiyamızın üzvlərinin 200 min nəfərə qədəri, yəni 40 faizi gənclərdən ibarətdir. Bu kifayət qədər böyük bir qüvvədir. YAP-ın gənclər üçün böyük imkanlar yaratması onların partiyamıza axınını şərtləndirən amillərdən biridir. Məhz bunun nəticəsidir ki, partiyamızın sıralarında yüksək intellektli gənclər birləşib”.
S.Orucov deyib ki, YAP nəinki ölkəmizdə, ümumilikdə bölgəmizdə ən böyük siyasi qüvvədir. Belə bir siyasi qüvvənin sıralarında olmaq və fəaliyyət göstərmək həm şərəfli, həm də çox məsuliyyətlidir. Onun sözlərinə görə, Gənclər Birliyi yenilikçi qüvvə olaraq bütövlükdə partiyamızın cəmiyyətdəki nüfuzunun daha da güclənməsinə çalışır: “Sevindirici haldır ki, bu məqsədə doğru inamla gedirik və öz ətrafımızda yüksək intellektli gəncləri toplayırıq. Təbii ki, məhz bu və digər amillər bizim partiyanın gənclər qurumunu digər təşkilatlardan fərqləndirir.
Bilirsiniz ki, YAP Gənclər Birliyi bir sıra layihələrin müəllifidir. Mən onların sırasında yay və qış məktəbləri layihəsini xüsusi vurğulamaq istərdim. Bu layihələr gənclər arasında çox rəğbətlə qarşılanır. Və bunun da ciddi əsasları var. Xatırladım ki, builki “Yay məktəbi”ndə partiyanın üzvü olan yüzlərlə fəal gənc iştirak edib. Bu layihə 2007-ci ildən həyata keçirilir və ötən illər ərzində bu tədbirin keçirilmə qaydaları daha da təkmilləşdirilib. Layihədə iştirak edən gənclər həm Bakı şəhərini, həm də bölgələri təmsil edirlər. Hər il “Yay məktəbi” ölkəmizin gözəl guşələrində təşkil olunur. Layihənin məqsədi odur ki, gənclər həm asudə vaxtlarını yaxşı keçirsinlər, həm bir-birilə təmas, münasibət qursunlar, eləcə də, onlar üçün intellektual və əyləncəli yarışlar təşkil olunur. Eyni zamanda, “Yay məktəbi”ndə partiyamızı təmsil edən deputatlar, Milli Məclisin komitə sədrləri, eləcə də, hökumət nümayəndələri gənclərin qonağı olurlar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşür, gəncləri maraqlarından suallara cavab verirlər. Hesab edirəm ki, “Yay məktəbi” gənclərimizin intellektual səviyyəsinin daha da yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihədir. Ümumiyyətlə, bunlardan əlavə, bir sıra layihələr həyata keçirilir ki, onların bəziləri xeyriyyə məqsədi daşıyır və s. Eyni zamanda, YAP-ın gənc üzvlərinin sosial şəbəkələrdə fəallığının artırılması yönündə işlər aparılır”.
O, YAP Gənclər Birliyinin geniş beynəlxalq əlaqələri haqqında da gənclərə məlumat verib. Gəncləri fəal olmağa, maraqlı təşəbbüs və layihələrlə çıxış etməyə dəvət edən S.Orucov onlar üçün hər bir imkanın yaradılacağını bildirib. Gənclər Birliyinin sədri, həmçinin, gəncləri sosial şəbəkələrdə də fəal olmağa dəvət edib.
Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva gənclərin istənilən vaxt təşkilatın ofisinə müraciət etmək imkanında olduğunu deyib. O bildirib ki, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün uğurla davam edir. A.Əliyeva, dövlətin gənclərimizə qayğısı kimi 2 fevral tarixinin Gənclər Günü kimi qeyd olunmasını, gənclər siyasəti haqqında qanunun qəbul olunmasını və digər faktları sübut kimi göstərib. YAP Gənclər Birliyinin koordinatoru Vüsalə Niftəliyeva isə çıxışında tələbə-gəncləri sosial şəbəkələrdə fəal olmağa çağırıb. Onları tariximizi dərindən öyrənməyə dəvət edən V.Niftəliyeva qeyd edib ki, sosial şəbəkələrdə tariximizi təhrif edən, ölkəmizlə bağlı qərəzli mövqe ortaya qoyanlara qarşı gənclər aktiv mübarizə aparmalıdırlar.
Görüşdə daha sonra tələbələrin sualları cavablandırılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39

