Azərbaycan mühüm qaz təchizatçısına çevrilib
23.07.2024 [11:37]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak etdi. Dövlətimizin başçısı tədbirdə çıxış edərək ölkəmizin Avropada enerji təchizatı sahəsindəki əhəmiyyətli rolundan danışdı. Ölkə başçısı bildirdi ki, əməkdaşlığın inkişaf dinamikası qorunur. Enerji sahəsində müəyyənləşdirilmiş strateji tərəfdaşlıq ölkəmizin Avropaya qaz təchizatını 2027-ci ilin sonuna qədər ikiqat artırmasını nəzərdə tutur.
Azərbaycan hal-hazırda səkkiz ölkəyə təbii qaz verir, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. 2021-ci ildə Avropa qitəsinə Azərbaycanın qaz təchizatı ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq.
Çıxışı zamanı Prezident İlham Əliyev yeni tərəfdaşların da olduğuna diqqət çəkərək bildirdi ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ölkəmiz bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. Azərbaycan yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməyi düşünür. Həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışır. Çünki Azərbaycanın İtaliyaya təchizatı 9 milyard kubmetrdirsə, İtaliyaya ölkəmizdən 20 milyard kubmetr qaz almaq istəyir. Bu, sadəcə, Azərbaycan qazına olan tələbatın bir nümunəsidir.
Ölkə başçısı çıxışında qeyd etdi ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amillərdəndir. Davamlı və sabit əməkdaşlıq üçün bütün lazımi amillər mövcuddur. Azərbaycanın lazımi resursları və infrastrukturu var.
Çıxışı zamanı Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 20 il ərzində Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşuları ilə birlikdə onu istismara verdi.İndi Azərbaycan neftini Aralıq dənizində Türkiyənin Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra Azərbaycan dərhal Avropaya təchizata başladı. Artıq üç ildən çoxdur ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib.
Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Ulu Öndər Heydər Əliyevin enerji siyasətini uğurla davam etdirən ölkə başçısının bütün beynəlxalq tədbirlərdə inamlı çıxışları ölkəmizi təkcə regionda yox, həm də beynəlxalq arenada mühüm aktora çevirib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxSiyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10

