Silahlı Qüvvələr Günü böyük coşqu, təntənə ilə qeyd edilir
21.06.2024 [16:55]
Artıq dörd ildir ki, qalib Azərbaycan xalqı İyunun 26-sı tarixində Silahlı Qüvvələr Gününü böyük qürur, coşqu, təntənə ilə qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edən Azərbaycan Milli Ordusunun yaradılmasından 106 il keçir. Azərbaycan Milli Ordusu 1918-ci il 26 iyun tarixli fərmanla yaradılmağa başlanılmış , avqustun 1-də Hərbi Nazirlik təsis edilmişdir. Dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin ediliblər. Çox təəssüf ki, AXC süqut etdikdən sonra Milli Ordu da ləğv olundu.
Xalqımızın Ümummilli lideri Heydər Əliyev hələ sovet dönəmində - 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olması onun böyük uzaqgörənliyinin göstəricisidir. Hərbi Liseyin yaradılması ilə yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırılmışdır.
Azərbaycan 1990-cı illərin əvvəllərində öz müstəqilliyini bərpa etdikdən sonra 1993-cü ildə xalqın arzu , istək və təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə nizami ordunun yaradılması məsələsinə xüsusi diqqət ayırdı.
“Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq” söyləyən Ümummilli lider Heydər Əliyev ölkədə peşəkar ordu quruculuğunun əsasını qoydu.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi ordu quruculuğu istiqamətində də mühüm işlər görmüş , yeni hərbi akademiyaların yaradılması barədə mühüm qərarlar qəbul etmiş, 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyası yaradılmışdır. Dövlət başçımızın göstərişi ilə yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr başda qardaş Türkiyə olmaqla, dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilib. Məhz görülən bu işlərin nəticəsində Azərbaycan Ordusununun peşəkarlıq səviyyəsi dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlmişdir.
Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən biri də hərbçilərə, şəhid ailələrinə böyük diqqət və qayğının göstərilməsidir.
Mütamadi olaraq hərbçilərin sosial rifahının yüksəldilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əməkhaqlarının artırılması onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Ölkə başçısının imzaladığı sərəncamlarla döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi orden, medal və fəxri adlarla təltif olunub. Habelə 83 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına, 33 nəfər isə “Zəfər” ordeninə layiq görülüb.
Bu gün Azərbaycan Silahlı Qüvvələri regionda ən güclü Ordularından birinə çevrilib. Cənab İlham Əliyev Azərbaycan xalqının mütləq səs çoxluğuyla 2003-cü ildə Prezident seçiləndə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat idisə, 2023-cü ildə bu rəqəm 1 milyard 800 milyon manat olmuşdur.
2016-cı ilin Aprel döyüşləri Ermənistan ordusuna vurulan ciddi zərbə, 2020-ci ildə erməni təxribatı nəticəsində başlayan Vətən müharibəsində əldə edilən tarixi Zəfər, 2023- cü ilin sentyabrda həyata keçirilən antiterror əməliyyatı nəticəsində suverenliyimizin və ərazi bütövlüyümüzün tam olaraq bərpa edilməsi ordu quruculuğu istiqamətində Prezident İlham Əliyevin səmərəli fəaliyyəti, aparıdığı düzgün, ardıcıl və paralel işlərin məntiqi nəticəsidir.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

