İsveç və Danimarkanın İslamofobiyası
25.07.2023 [10:58]
İƏT nə qərar verəcək?
Y.BAYRAMOVA
İsveçdəki təxribatdan sonra bu dəfə Danimarkada yeni bir qalmaqala imza atılıb. Kopenhagendə - İraqın Danimarkadakı səfirliyinin binası qarşısında aksiya keçirilib və Quran yandırılıb. Təxribat “Danske Patrioter” (“Danimarka vətənpərvərləri”) qruplaşmasının üzvləri tərəfindən təşkil edilib. Ekstremistlər aksiyanı sosial şəbəkə hesabları vasitəsilə canlı yayımlayıblar. Təxribatı Bağdaddakı İsveç səfirliyinə hücuma etiraz olaraq təşkil etdiklərini bildiriblər. “Danske Patrioter” üzvləri İraq bayrağını da yandırıb, təhqirlər səsləndiriblər.
Kopenhagen polisi isə yandırılan kitabın Quran olduğunu təsdiqləməyib. Onlar bildiriblər ki, İraq səfirliyi qarşısında “Danimarka Vətənpərvərləri” qrupundan iki nəfər Quran olmayan hansısa bir kitabı yandırıb. Növbətçi polis zabiti Henrik Sveystrupun sözlərinə görə, İraq bayrağına ziyan dəyməsi ilə bağlı da heç bir fakt qeydə alınmayıb.
İsveç məhrum edildi
Xatırladaq ki, İsveç polisi iyunun 28-də Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması gözlənilən aksiyaya icazə verib. Bundan əvvəl də İsveçdə Quranın yandırılması ilə bağl təxribat xarakterli addımlar atılmışdı. İsveçdə Qurani-Kərimin təhqir olunmasına dünyanın hər tərəfindən reaksiyalar göstərilib. Son olaraq isə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İraqın Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasına reaksiya verib. Beləliklə, İsveçin İƏT yanında xüsusi elçi statusu ləğv edilib.
Qeyd edək ki, İƏT-in Baş katibliyi İƏT İcraiyyə Komitəsinin iyulun 2-də keçirilmiş fövqəladə iclasında dərc edilmiş Yekun Bəyannamənin tövsiyələrinə uyğun olaraq, İsveç Krallığının İƏT yanında xüsusi nümayəndəsi statusunun ləğv edilməsi barədə qərar qəbul edib. Bu haqda İsveç hökumətinə məlumat verilib. İclasda Baş katib Hissein Brahim Taha Baş katibliyə tapşırıb ki, müqəddəs “Qurani-Kərim”in nüsxələrinin və ya digər İslami dəyərlərin dövlət qurumlarının razılığı ilə təhqir edildiyi hər hansı ölkə ilə əlaqələrə rəsmi çərçivədə yenidən baxılsın. Eyni zamanda, xüsusi elçinin statusunun dayandırılması üçün mümkün addımlar nəzərdən keçirilsin.
Baş katibin bu qərarı İsveç Krallığının xarici işlər nazirinə təqdim edilib. Digər tərəfdən, Hissein Brahim Taha bəzi üzv dövlətlərin İslamın müqəddəs dəyərlərinə təkrar hücumlara etiraz olaraq gördüyü tədbirləri alqışlayıb. O, bütün müsəlman ölkələrini münasib hesab etdikləri suveren qərarlar qəbul edərək, İsveç hakimiyyəti tərəfindən müqəddəs “Qurani-Kərim”in və İslam rəmzlərinin dəfələrlə təhqir edilməsinə imkan verən icazələrin verilməsini pisləyən mövqelərini bildirməyə və bu cür rüsvayçı hərəkətləri rədd etdiklərini ifadə etməyə çağırıb.
Qətiyyətlə pislənməlidir...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin üzvü Vüqar İskəndərov bildirib ki, həm Danimarka, həm də İsveçdə Qurani-Kərimin yandırılması millətlər və dinlərarası təhlükələrə dəlalət edir. Bu baxımdan baş verənlər kəskin şəkildə pislənməlidir.
Deputatın sözlərinə görə, hər iki Avropa ölkəsinin bu addımı çirkin əməl kimi qınanmalı, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürləri, islamofobiya və xristianofobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması halları qətiyyətlə pislənməlidir: “Bu mövqenin beynəlxalq təşkilatların kürsüsündən, Avropa Şurası platformasından təbliği vacibdir. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından gəlir. Din və siyasət xadimlərinin sülh naminə beynəlxalq platformalarda birgə əməkdaşlığı zamanın tələbidir.
Nəzərə almaq lazımdır ki, hələ İsveçdə Quranı yandıran barbar məxluqun yanında kifayət qədər polis və jurnalist vardı. Necə ola bilər ki, bir insan belə bir hərəkət edir və həmin yerdə kifayət qədər jurnalist və polis peyda olur? Bunun çəkilib işıqlandırılması onun deməyə əsas verir ki, bu, hazırlanmış bir aksiya idi. Polisin onu qoruması və həmin ərazinin təhlükəsizliyini saxlaması dövlətin bu məsələdən xəbərdar olmasını və həmin məxluqu qoruduğunu göstərir. Bu da suallar doğurur ki, İsveçin belə hadisələrdə məqsədi nə idi? Ümumiyyətlə, bunu hansısa fərdlər və ya təşkilatlar edirdisə belə, necə olur ki, dövlətin bundan xəbəri olmur? Bunların hamısı düşündürücüdür”.
Danimarkanı nə gözləyir?
İsveçin İƏT yanında xüsusi elçi statusunun ləğv edilməsindən sonra oxşar tale?in Danimarkanı gözləyib-gözləmədiyinə gəlincə, deputat qeyd edib ki, İƏT-ə üzv olan ölkələr Danimarka ilə bağlı hər hansısa bir bəyanat qəbul edə və dövlətin bu məsələdə ciddi ölçü götürməsini tələb edə bilərlər: “Məsələn, Danimarka mallarının boykot olması kimi hallar da gündəmə gələ bilər. Lakin bunların heç biri məsələni həll etmiş olmur. Düşünürəm ki, İsveç kimi Danimarka da dövlət olaraq burada hansısa maraqlar güdür. Tutaq ki, dövlətin burada “marağı” yoxdur. Bəs dövlət nə üçün baş vermiş hadisələrə görə insanları cinayət məsuliyyətinə cəlb etmir? Onları nə üçün tənbeh etmir? Təbii ki, dövlət ictimai rəydə belə halların qarşısının alınması üçün bir çox işlərin görülməsini təmin etməlidir. Bütün bunlar olmadıqca yeni suallar meydana çıxır. Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatı bu məsələyə də həssas yanaşacaq”.
Xəbər lenti
Hamısına baxİdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55

