Ermənistanın sosial-iqtisadi tənəzzülü sürətlənir
08.01.2015 [09:50]
Həm xaricdən yardımların kəsilməsi, həm də kriminal hakimiyyətin yeritdiyi siyasət əhalinin narazılığını daha da artırıb
İşğalçı Ermənistanda bütün sahələri əhatə edən böhran hər gün daha da dərinləşməkdədir. Bu da səbəbsiz deyil. Belə ki, işğalçı siyasət yeritməsi nəticəsində bu ölkə bölgədəki bütün transmilli layihələrdən kənarda qalıb. İşğalçı ölkədə müşahidə edilən iqtisadi böhran, öz növbəsində, bütün sahələrdə xaotik vəziyyət yaradıb. Sarkisyan hakimiyyəti mövcud problemləri nə qədər gizlətməyə çalışsa da, Ermənistanda bütün sahələrdə acınacaqlı vəziyyətin hökm sürməsi artıq, erməni lobbisinin nəzarətində olan KİV tərəfindən də etiraf edilir.
Belə ki, Fransanın paytaxtı Parisdə erməni lobbisinin vəsaiti hesabına nəşr olunan “Ermənistan xəbərləri” jurnalındakı məqalədə də Ermənistan iqtisadiyyatının ağır vəziyyətdə olduğu, korrupsiyanın tüğyan etdiyi, işsizlərin sayının durmadan artdığı etiraf edilib. Jurnalın Ermənistanda işsizlik probleminə həsr olunmuş məqaləsində qeyd edilir ki, bu ölkənin əmək məşğulluğu xidmətinin rəhbəri Artak Manqasaryan sözügedən sahədə vəziyyətin ciddi narahatlıq doğurduğunu və işsizlərin sayının ildən-ilə artdığını bəyan edib. Məsələn, 2014-cü ilin iyun ayında 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə işğalçı ölkədəki işsizlərin sayı 3,7 faiz artaraq 62400 nəfərə çatıb. Onlardan 46600 nəfərini qadınlar, 15800 nəfərini isə kişilər təşkil edib. Əlbəttə, bu, rəsmi məlumatdır. Qeyri-rəsmi məlumata görə isə, işsizlərin sayı daha çoxdur. Qəzet yazır ki, Ermənistanda işsizlər arasında kişilərin azlıq təşkil etməsi heç də təəccüb doğurmamalıdır. Çünki kişilərin əksəriyyəti öz ailəsini dolandırmaq məqsədilə Ermənistanı tərk edərək Rusiyaya və digər ölkələrə üz tutub. Xarici ölkələrə gedənlərin sayı yüz minlərlədir. Ona görə də, yuxarıdakı rəqəm reallığı düzgün əks etdirmir.
Məqalədə o da qeyd olunur ki, Ermənistanda həkimlər, tibb bacıları, mühəndislər, müəllimlər, digər peşə və sənət adamları arasında işsizlik hallarına daha çox rast gəlinir. Beləliklə, yazılanlardan da belə bəlli olur ki, Ermənistan bütün sahələrdə böhranla üzləşib. İşğalçı ölkənin rəhbərliyi isə nə qədər çalışsa da, vəziyyətdən çıxış yolu tapa bilmir. Eyni zamanda, Sarkisyan hakimiyyəti Avrasiya İqtisadi Birliyinə olan ümidini də itirməkdədir. Çünki hakimiyyət bu təşkilata qoşulmaqla iqtisadi dividendlər əldə etməyi düşünürdü. Bu arada isə Avrasiya iqtisadi komissiyasında Ermənistanı təmsil edəcək kollegiya üzvləri təyin olunub. Kollegiyanın üzvləri eks-deputat Ara Nranyan, prezidentin eks-məsləhətçisi Karine Minosyan və erməni inkişaf agentliyinin eks-rəhbəri Robert Arutunyan seçilib. Nəzəri baxımdan, bu məsələ normal görünsə də, Serj Sarkisyanın “eks”ləri bir araya gətirib ölkədən çıxarması nəzərə çarpır. Bu siyasətçilər iqtidaryönlü olsalar da, “eks” olmaları onların ya hazırki hakimiyyətdən küskünlüyünə və ya lazımsızlığına dəlalət edir.
Bu məqamda qeyd edək ki, Ermənistan Rusiyadan da yetərli dəstək ala bilmir. Bu azmış kimi, işğalçı dövlət Rusiyadan daha bir zərbə alıb. Belə ki, erməni milyonçu Levon Ayrapetyanın Rusiyada həbs edilməsi Ermənistan mətbuatında Rusiya əleyhinə tənqidi yazıların artmasına səbəb olub. Məlumat üçün bildirək ki, adı çəkilən milyonçu Ermənistana xeyli maliyyə yardımı etməsi ilə tanınırdı. Erməni mətbuatında məsələ ilə bağlı məqalələrdən biri “Rusiya ermənilərə xidmətinə görə belə “təşəkkür” edir” başlığı altında yerləşdirilib. Məqalədə erməni milyonçu Levon Ayrapetyanın Rusiya qarşısındakı xidmətlərindən sonra həbs edilməsi ilə bağlı narazılıq əksini tapıb.
Bütün bunların fonunda isə, işğalçı Ermənistanda gərginlik artmaqda davam edir. Həm xaricdən yardımların kəsilməsi, həm də kriminal hakimiyyətin yeritdiyi siyasət əhalinin narazılığını daha da artırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34

