Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ Çin mənşəli haker əməliyyatının qarşısını aldığını açıqlayıb

ABŞ Çin mənşəli haker əməliyyatının qarşısını aldığını açıqlayıb

27.08.2026 [16:34]

ABŞ Çinlə əlaqəli haker qrupunun Ədliyyə Nazirliyi, NASA, Federal Ehtiyat Sistemi, Senat və digər həssas dövlət qurumlarının sistemlərinə müdaxilə etdiyini və buna cəhd göstərdiyini açıqlayıb.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Çin mənşəli haker əməliyyatının qarşısının alındığını və kampaniyada istifadə edildiyi deyilən “QScan” və “QTRouter” adlı iki haker platformasının domenlərinin ələ keçirildiyini bildirib.

Nazirliyin açıqladığı sənəddə ABŞ Energetika Nazirliyi, Səhiyyə və İnsan Xidmətləri Nazirliyi, Milli Sağlamlıq institutları, eləcə də ABŞ və Cənubi Koreyada yerləşən dörd şirkətin hakerlərin hədəfləri sırasında olduğu qeyd edilib.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, sözügedən platformalar Çində yerləşən “Nanjing Xinjiuwei Network Technology Company” şirkəti tərəfindən idarə olunub. Nazirlik şirkətin müştəriləri arasında Çinin dövlət təhlükəsizlik orqanı və Çin Xalq Azadlıq Ordusunun olduğunu bildirib.

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

YAP xəbərləri

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31