/ / Ölkəmizdə 2014-cü ilin sərgi mövsümü 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə açıq elan olunub
Ölkəmizdə 2014-cü ilin sərgi mövsümü 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə açıq elan olunub
04.04.2014 [08:52]
Aprelin 3-də Bakı Ekspo Mərkəzində Azərbaycanda və bütün Qafqaz regionunda turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri olan 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər (“AITF -2014”) və 8-ci Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar (“Horex Caucasus 2014”) sərgiləri işə başlayıb. Bununla da, 2014-cü ilin sərgi mövsümü açıq elan olunub.
AzərTAc xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “AITF” sərgisinin təsis olunduğu ildən etibarən nazirliyin rəsmi dəstəyi ilə keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, sərgiyə, həmçinin Dünya Turizm Təşkilatı, Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək göstərilir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” MMC və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış edirlər.
Nazir məlumat verib ki, “AITF” və “HOREX Caucasus” sərgilərində Azərbaycanın zəngin turizm potensialı xarici iştirakçılara nümayiş etdiriləcək və bu, ölkəmizin turizm sənayesinin təşviqinə xidmət göstərəcək: “Bu il sərgi iştirakçılarının sayında da artım var. Müqayisə üçün deyə bilərəm ki, 2002-ci ildə bu sərgiyə 14 ölkə qatıldığı halda, bu il 38 ölkədən 351 şirkət və təşkilat təmsil olunur. Sərgi iştirakçılarının 60 faizdən çoxunu xarici, 40 faizini isə yerli şirkətlər təşkil edir”.
BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai “AITF” və “HOREX Caucasus” sərgilərində iştirak etməsindən məmnunluğunu diqqətə çatdıraraq, ölkəmizin turizm sənayesinin inkişafda olduğunu vurğulayıb. Bildirib ki, son illərdə Azərbaycanda turizm sahəsində həyata keçirilən tədbirlər, infrastrukturun inkişafı dünya turizm ailəsində təqdir olunur.
“İTE Group” şirkətinin icraçı direktoru Edvard Stroon isə sərgiyə qatılan yeni ölkələr barədə məlumat verərək vurğulayıb ki, Qafqaz regionunda turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri olan “AİTF” və “HOREX Caucasus” sərgiləri çərçivəsində şirkətlər yüksək səviyyəli turizm xidmətlərini nəzərdə tutan müasir təmayülləri və yeni texnologiyaları, habelə məhsullarını, yüksək səviyyəli xidmət və peşəkar etika standartlarını nümayiş etdirəcəklər.
Sonra rəmzi açılışı bildirən lent kəsilib, iştirakçılar eksponatlarla tanış olublar.
“AITF” sərgisində iştirakçıların sayından əlavə, digər bir rekord sərgidə əvvəlki illərlə müqayisədə milli stendlərin çox olmasıdır. Sərgidə Azərbaycandan əlavə, öz ölkələrinin milli turizm agentlikləri və səfirliklərinin rəsmi dəstəyi ilə Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Zaqreb Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Rusiya, Tailand, Türkiyə, Fransa, Monteneqro və Çex Respublikasından 24 milli və regional qrup iştirak edir.
Bundan əlavə, bu il sərgidə Litva, Xorvatiya, Rusiya və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər və Rusiya Federasiyasının Stavropol diyarından, eləcə də digər ölkələrdən nümayəndə heyətləri də qatılıblar.
Sərgi üç gün ərzində turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirəcək və turizm bazarının əsas fiqurlarını - turagentlik və turoperatorları, milli qrupları, beynəlxalq nümayəndəlikləri, avtomobil, hava və dəniz daşımaları üzrə şirkətləri, müxtəlif ölkələrin mehmanxana biznesi üzrə nümayəndələrini, turizm və ticarət assosiasiyalarını, eləcə də fəal və ekstremal istirahət turlarının təşkilatçılarını bir araya gətirib. “Bütün dünya - Bir sərgi” şüarını tam doğruldan “AITF-2014”də 80-dən çox turizm marşrutu nümayiş olunur. Bunların arasında Misir, Gürcüstan, Macarıstan, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand, Monteneqro və s. ölkələr xüsusi yer tutur. Eyni zamanda, Azərbaycanda keçirilən bu sərgi turizm bazarında həm maraqlı istiqamətlərin, həm də yeniliklərin nümayişi ilə seçilir. Builki sərgidə Argentina, Dominikan Respublikası, Çin və Xorvatiya yeni turizm marşrutları ilə turistlərin diqqətini cəlb edib. Birillik fasilədən sonra Hindistan, Yunanıstan və Malayziya milli stendləri də yenidən sərgidə iştirak edirlər. Sərginin debütantları arasında Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri də yer alıb.
“AITF-2014” sərgisində tibbi turizm istiqamətini nümayiş etdirən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artıb. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər, özəl və dövlət klinikaları, eləcə də Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin diaqnostika mərkəzləri daxildir. Azərbaycan sanatoriyaları bütün dünyada məşhur olan Naftalan neftinin müalicəvi xassələrini nümayiş etdirirlər.
Xaricdə daşınmaz əmlak sektorunda iştirakçı şirkətlər yerli daşınmaz əmlak agentliklərinə Türkiyə, Kipr və Avropanın digər ölkələrinin istirahət zonalarında yaşayış yerlərinin və ofislərin satışı, icarəsi, habelə hüquqi məsləhət xidmətləri ilə bağlı əməkdaşlıq təklif edirlər.
Azərbaycan regionlarının milli pavilyon çərçivəsində irimiqyaslı iştirakı sərginin ən maraqlı və koloritli hadisəsindən biridir. Azərbaycan üzrə turizm paketinin müxtəlifliyi istənilən turizm proqramını zənginləşdirə bilər. Regional ekspozisiyada Qəbələ, Qax, Quba, İsmayıllı, Zaqatala, Lerik, Masallı, Mingəçevir, Xaçmaz, Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar Respublikası və Sumqayıt şəhəri təmsil olunurlar. Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, salçılıq, dağ-xizək və dəniz kurortları və s. üçün imkanlar nümayiş etdirilir.
“Horex Caucasus -2014” sərgisinə isə Azərbaycan, Almaniya, Gürcüstan, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə və İsveçrədən olan aparıcı şirkətlər qatılıblar. Sərginin daimi iştirakçıları arasında isə “Art Nishan”, “Asena”, “Faber Chemical & Medicine”, “Horeca”, “HRS”, “Kymberly Clark Advent”, “Muehldorfer”, “REM Services Tanay” şirkətləri, eləcə də peşəkar avadanlıqların yerli istehsalçısı “Titan Group”, “Wanzi” və digərləri var. Builki sərginin debütantları “Azer Co (Milla)”, “Base7Booking”, “Ekipan”, “Fina”, “Swissam Hospitality Business School”, “Zivella” və s. şirkətlərdir.
Sərginin ekspozisiyası uğurlu biznes üçün lazım olan bütün avadanlıq və ləvazimatları ehtiva edir. Buraya müasir otel mebeli, interyer üzrə həll variantları və tekstil, mətbəx avadanlıqları və qəhvə bişirmə maşınları, otellərin sağlamlıq və SPA salonları üçün peşəkar kosmetika, eləcə də eksklüziv məhsul və içkilər, təmizlik və gigiyena avadanlıqları, qab-qacaq, otelin idarə edilməsi və təhlükəsizliyi üzrə informasiya texnologiyalarının həll variantları daxildir. Bu ilin yenilikləri arasında “lüks” kateqoriyalı supermarketlər üçün kompleks avadanlıqlar da var.
Hər iki sərgi aprelin 5-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Xəbər lenti
10 May 23:04
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31

