Azad ərazilər turizmin ən cəlbedici ünvanına çevrilir
21.05.2024 [10:45]
Məlum olduğu kimi Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli istifadəyə verilib. Yeni infrastruktur və xidmət obyekti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində turizm potensialının növbəti təzahürü olmaqla, bu bölgənin həm də böyükşəbəkəli turizm mərkəzinə çevrilməsinin göstəricisi hesab edilir. Nəzərə alsaq ki, Zəngilanda Beynəlxalq Hava Limanı da istifadəyə verilib, bu da turizm xidmətində ən mühüm amillərdən biri olan nəqliyyat infrastrukturunun xüsusi önəmi fonunda xarici turistlərin axını üçün geniş imkanlar deməkdir.
Bu gün işğaldan azad olunmuş ərazilərimiz öz füsunkar təbiəti, yeraltı və yerüstü sərvətləri, geniş turizm imkanları ilə bütün qonaqların diqqətini cəlb edir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu bölgənin geniş dağ silsiləsi ilə əhatə olunması, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının zəngin təbiəti, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının ekologiyası dağ və ekoturizm üçün ən münbit zonadır. Eləcə də Şuşa, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri zəngin tarixi-memarlıq abidələri ilə Azərbaycanın və dünyanın mədəniyyət salnaməsidir. Bu ərazilərdə tarixi-mədəni turizmin inkişafı üçün hədsiz dərəcədə potensiallar mövcuddur.
Mədəniyyət beşiyi hesab olunan Şuşada əsasən festivalların keçirilməsi və cəmi 2-3 il ərzində “Qarabağ” və “Xarıbülbül” hotellərinin açılışı bu şəhərin turizmin ən zəngin mərkəzinə çevrildiyini göstərir. Eləcə də Xocavənd rayonu da xüsusi turizm potensialına malikdir. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Məşhur Azıx mağarası, Tağlar mağarası da bu ərazidə yerləşir. Suqovuşanla bağlı da müəyyən planlar mövcuddur. Hazırda Tuğ, Hadrut, Daşaltıda turizm infrastrukturunun yaradılması üçün inkişaf konsepsiyaları üzrə layihələndirmə işlərinin aparılması da təsadüfi deyil. Eləcə də “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması da bu strateji məqsədə xidmət edir. Təbii ehtiyatlarla zəngin olan Qarabağda həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, “yaşıl turizm” təşkil etmək olar. Bütün bunlar turizmin inkişafı üçün geniş perspektivlər yaradır. Kəlbəcər rayonu qış turizmi üçün ideal məkandır. İşğaldan azad olunmuş ərazilərimizdə turizm infrastrukturunun qarşılıqlı əlaqə şəklində qurulması vacibdir. Şuşa Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq. Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verə bilər. Kifayət qədər geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək. Hələ işğaldan əvvəl Kəlbəcərin İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 2 böyük sanatoriya fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi. Buradakı “İstisu” mineral suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkün idi. Hətta orada kurort və mineral sudoldurma zavodu da tikilmişdi. Mütəxəssislərin fikrincə, Kəlbəcərin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir. Burada gələcəkdə Qafqazın ən böyük turizm mərkəzini yaratmaq mümkündür.
Qarabağda 3 hava limanının tikilməsi də təsadüfi deyildir. Füzuli, Zəngilan və Laçın Hava Limanları həm də turizm tranzitinin əsas açarı kimi nəzərə alınıb. Məhz bu zəngin imkanları nəzərə alan hökumət bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər, turizm infrastrukturları və xidmət şəbəkələrinin yaradılması istiqamətində intensiv işlər görülməkdədir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”da nəzərdə tutulan əsas prioritetlərdən biri bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı zəruri təminatların yaradılmasıdır. Bu məqsədlə turizm sənayesinə müxtəlif iqtisadi stimullar verilib, turizm sektoru vergilərdən azad olunub. Bu ərazilərə investisiya qoyuluşunu artırmaq üçün müxtəlif dövlət dəstəyi tədbirləri müəyyən olunub.
Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və konsepsiyası hazırlanmış və tədbirlər planına uyğun olaraq davamlı işlər görülür, turizm marşrutları hazırlanır. Eyni zamanda, yerli və xarici turistlərin artıq bu bölgəyə səfərləri üçün turpaketlər təşkil olunmaqdadır. Həmçinin, işğaldan azad edilmiş ərazilərinin turizm potensialının tanıdılması istiqamətində də təşviqat işləri gücləndirilib, bir müddət əvvəl Rusiyada keçirilən 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində təqdim olunub. Cənubi Asiya ölkələrinin iştirak etdiyi “Travel Meet Asia 2020” və “Tour Expo Tourism Fair” tədbirlərində Qarabağ və onun turizm imkanları təbliğ edilib. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulf Travel Show” sərgisində işğalçılardan azad edilmiş Qarabağ bölgəsinin turizm potensialına dair geniş təqdimat keçirilib.
Beləliklə, Qarabağ və Şərqi-Zəngəzurda hər istifadəyə verilən turizm obyekti yüzlərlə turistin gəlişi deməkdir. Proqnozlara görə, yaxın illərdə daxili və xarici turistlərlə birgə bu bölgəyə 1 milyon turistin səyahət edəcəyi gözlənilir. Bu baxımdan Zəngilanda yeni açılışı olan hotel həmin strateji konsepsiyanın mühüm hissəsi kimi bölgəyə turizm axınlarına qapı açacaq. Eyni zamanda, həmin hotel və azad edilmiş ərazilərdə digər turizm obyektləri turizm sənayesinin yenidən formalaşmasını təşviq edərək regionda böyük bir turizm bumunu formalaşdıracaq, bu isə həmin rayonlarda məşğulluğun təmin olunmasında və əhalinin gəlirinin artmasına səbəb olacaqdır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29

